Yuxarı

Soçi görüşünə hazırlıq: Ermənilər vəzifədən qovulur...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçi görüşünə hazırlıq: Ermənilər vəzifədən qovulur...

Soçi Rusiya üçün olduqca əhəmiyyəti şəhərə, daha doğrusu, üçüncü paytaxta çevrilib. Beynəlxalq əhəmiyyətli tədbirlərə, zirvə görüşlərinə ev sahibliyi edir. Belə olan halda isə xüsusən strateji əhəmiyyətli hava limanında erməni faktorunun böyüməsi Moskvada anlaşılan narahatlığa səbəb olur. Çünki Rusiya erməni milliyyətli şəxslərin törətdiyi terror aktları ilə dəfələrlə qarşılaşıb.

Bu sözləri Axar.az-a açıqlamasında Soçi hava limanında ermənilərin kütləvi şəkildə işdən çıxarılmasını şərh edən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

“Düşünürəm ki, erməni faktorunun məhdudlaşdırılması üçün tədbirlərin hava limanından başlaması əbəs deyil. Burada erməni cinayətkar dəstələrinin, mafiyanın fəaliyyətinin, o cümlədən təhlükəli yüklərin və qadağan olunmuş əşyaların tranzitinin dayandırılması marağı var”, - Ələsgərov bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin bu ilin avqustunda keçirilməsi planlaşdırılan görüşü ərəfəsində erməni millətindən olan insanların kütləvi şəkildə strateji ərazidən kənarlaşdırılması xüsusilə diqqətəlayiq haldır.

“Sözsüz ki, bu, 3 dövlətin prezidentlərinin qarşıdakı görüşü ilə əlaqədardır. Hava limanı - əsas bağlantı həlqəsidir, buraya liderlərin təyyarələri uçur. Rusiyanın xüsusi xidmət orqanları, Federal Təhlükəsizlik Xidməti və ya Baş Kəşfiyyat İdarəsində liderlərdən hansısa birinə terakt və ya sui-qəsd hazırlanması barədə məlumat olması da istisna deyil. Ancaq mən düşünürəm ki, informasiya daha genişdir, çünki terrorçuların planları çox vaxt gözlənilməz olur”, - ekspert qeyd edib.

Qeyd edək ki, Soçidə erməni millətindən olan şəxslərin xüsusilə beynəlxalq hava limanındakı vəzifələrindən azad edilmələri barədə məlumat yayılıb. İddiaya görə, ilkin olaraq 100 erməni işdən çıxarılıb və proses davam edir.

Tarix
2019.08.02 / 09:00
Müəllif
Zaur, Orxan
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla