Yuxarı

Müharibə çağırışı: İrəvan danışıqlara son qoydu – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Paşinyanın Dağlıq Qarabağla bağlı heç bir strategiyası yoxdur. O, situasiyaya uyğun hərəkət edən və mitinqlər zamanı emosional vəziyyətdə, ekstaza gəlib, müxtəlif fikirlər söyləyən şəxsdir. Bu günə qədər onun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə diqqət yetirsək, onların bir neçə istiqamətə haçalandığına şahid olarıq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, son çıxışıyla Paşinyan faktiki olaraq Ermənistanın işğalçı siyasətini dilə gətirdi:

“Daha öncə o, Qarabağın müstəqil hüququn subyekti kimi danışıqlar prosesinə cəlb olunmalı olduğunu və Dağlıq Qarabağdakı ermənilərin ona səs vermədiyi üçün onların adından danışa bilməyəcəyini deyirdisə, indi o, Dağlıq Qarabağı Ermənistanın tərkib hissə elan edir. Faktiki olaraq Paşinyan bununla işğal siyasətini dilə gətirir və tərəf olduğunu ortaya qoyur. Bu, indiyə qədər onun səsləndirdiyi fikirlərdəki ziddiyət faktorudur.

İkincisi, bu, 1989-1990-cı illərdə Ermənistan Ali Sovetində Dağlıq Qarabağın Ermənistana birlədirilməsi ilə bağlı qəbul edilən iki qərara faktiki olaraq növbəti dəfə qayıdılması deməkdir. Bu da bütövlükdə Minsk prosesini inkar edir. Nəzərinizə çatdırım ki, 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti həmin qərarları ləğv etmiş və onun konstitusiyaya zidd olduğunu bəyan etmişdi. Bu aspektdən təbii ki, həmin qərarlar qüvvəsini itirmişdi. Hazırda başlanan bu proses 1994-cü ildən bu yana aparılan Minsk prosesinin inkar olunması deməkdir. Paşinyanın bu bəyanatına ilk reaksiyanı ATƏT-in Minsk Qrupunun həmsədrləri verməlidirlər. Çünki bu, bilavasitə onların səlahiyyətinə aiddir. Paşinyan belə yanaşma tərziylə dolayısı yolla Minsk prosesindən çıxdığını bəyan edib”.

Politoloq Paşinyanın son bəyanatının müharibə çağırışı kimi də qəbul edilə biləcəyini deyib:

“Bu, digər tərəfdən müharibə çağırışıdır. Ermənistanı burada mütləq ağır itkilərə məruz qoymaq lazımdır ki, Paşinyan və yaxud qeyrisi belə iddialı bəyanatlar verməkdən çəkinsin.

Əgər söhbət danışıqlar prosesinə son qoyulmasından və Ermənistanın Dağlıq Qarabağın birləşdirilməsi istiqamətində hüquqi addım atmasından gedəcəksə, o zaman danışıqlar prosesinin davam etdirilməsinə hər hansı ehtiyac qalmayacaq. Şübhəsiz, bu zaman hərbi əməliyyatların keçirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi labüd olacaq. Burada artıq bütün beynəlxalq konsvensiyalardan, regiondakı sabitliyin, təhlükəsizliyin qorunmasından irəli gələn bütün amillər yox olur və ortaya yalnız müharibə faktoru çıxır”.

Tarix
2019.08.07 / 11:29
Müəllif
Mahir, İlkin
Digər xəbərlər

ABB mobil tətbiqi ilə karbon izini nəzarətdə saxla - Foto

Ölkədə bu qurumun bütün üzvləri işdən çıxarıldı

Emin Xəzər dənizində “yaşıl şəhər” tikəcək - Foto

Bakıda səfərdə olan ermənipərəst konqresmenə etiraz

Ceyhun Bayramov norveçli nazirlə görüşdü

COP29 çərçivəsində Parlament Görüşü keçirildi

Dünya bu gün Bakıdadır - yalnız bu ölkədən başqa!

COP29: resurs səmərəliliyi ilə bağlı sənədlər qəbul edildi

İşğal və təcavüz faktı olmasaydı… - Hacıyev

İlham Əliyev Əl-Əzhərin Şeyxinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla