Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Avqust 2019


Azərbaycan və İran gömrükçüləri görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan MR ilə İranın gömrük xidməti nümayəndələri arasında müştərək görüş keçirilib.

Axar.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahtaxtı Gömrük İdarəsində təşkil olunan görüşdə İranın Yol təşkilatının nümayəndələri də iştirak edib.

Naxçıvanın Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli Azərbaycan və İran arasında tarixi-mədəni əlaqələrin, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Vurğulanıb ki, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci ilin sonunda Tehrana rəsmi səfərindən sonra ikitərəfli münasibətlər, o cümlədən Naxçıvanla İranın yaxın vilayətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Muxtar respublikada gömrük və yol infrastrukturunun müasir şəkildə qurulduğunu, bütün sahələrdə inkişafın təmin olunduğunu qeyd edən Komitə sədri Naxçıvanın tranzit potensialını önə çəkib. Gömrük xidməti nümayəndələri arasında vaxtaşırı keçirilən görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi vurğulanıb.

İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, Gömrük Administrasiyasının Beynəlxalq Əməkdaşlıq Ofisinin baş direktoru Hüseyn Kaxki və Yol təşkilatının Tranzit və Beynəlxalq Daşımalar Ofisinin baş direktoru Mənüçöhür Salmanzadə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin gediş-gəlişin və ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını qeyd ediblər.

Tərəflər Culfa-Culfa gömrük-sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsinin, Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılış məntəqəsinin iş vaxtının 16 saata çatdırılmasının, Bakı-Naxçıvan-Bakı marşrut avtobuslarına tətbiq olunan gömrük nəzarətinin tam sadələşdirilməsinin qarşılıqlı münasibətlərin əyani göstəricisi olduğunu və insanların rahatlığına xidmət etdiyini bildiriblər.

Görüşdə Naxçıvanın tranzit potensialından maksimum istifadə, Naxçıvan Muxtar Respublikasından Azərbaycanın əsas ərazi vahidinə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin keçidi üçün prosedurların asanlaşdırılması və sadələşdirilməsi, diri heyvanların nəql olunması, o cümlədən gömrük işi sahəsində qarşıya çıxan digər vacib məsələlər müzakirə olunub.

Görüş gündəlikdə duran məsələlərin müzakirəsi və həlli yollarının tapılması üçün qarşılıqlı razılaşmaların əldə olunması baxımından əhəmiyyətli və səmərəli olub.

Şərqi Azərbaycan Gömrüklərinin rəisi, Təbriz Gömrüyünün baş direktoru xanım Orəngi və Qərbi Azərbaycan Gömrüklərinin rəisi, Urmiya Gömrüyünün baş direktoru Bərkabian göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edərək müzakirə olunan məsələlərin və müştərək görüşlərin əhəmiyyətini qeyd ediblər.

Sonra qonaqlar Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinin infrastrukturu və maddi-texniki bazası ilə tanış olub, müasir rentgen-nəzarət qurğularının iş prinsipi ilə maraqlanıblar.

Tarix
2019.08.09 / 18:33
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Şok faktlar: “Qazıyev dedi ki, Aparatı bombalatdıracaq” - Video

Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil

Ermənilər narahatdır: Paşinyan onları hara aparır?

ABŞ seçim qarşısında: münaqişədə kimi seçəcək?

Ordumuzun bu ərazini nəzarətə götürməsi... - General danışdı

Markov: Dağlıq Qarabağ Azərbaycanındır - Video

Patruşev Putinin İrəvana hansı mesajını aparıb? - Politoloq

Bakı Rusiyaya nota verdi: Səfirimiz səfərdən imtina etdi

İrəvan maskasını atdı: əsl siması... - XİN sözçüsü

Polis: Bakıdakı oyunda Ermənistan bayrağı... - Video

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla