Yuxarı

“Fransa öz fəlsəfəsinin bədəlini ödədi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fransa öz fəlsəfəsinin bədəlini ödədi”

"Zamanında Qərb Suriya və Yaxın Şərqdə baş verənlərə bütün hadisələrdə olduğu kimi ikili yanaşmasaydı, bu gün Parisdə hücum olmazdı".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Vüqar Zifəroğlu çıxış edib. Politoloq rəsmi Parisin Qərbin ikili yanaşmasının qurbanı olduğunu bildirib:

"İŞİD Parisdə Avropaya meydan oxudu. Bununla da Suriyada üç ilə yaxındır ki, davam edən qətliamların bir ucunun əslində onlara da toxuna biləcəyini anlatdı. Zamanında Qərb Suriya və Yaxın Şərqdə baş verənlərə bütün hadisələrdə olduğu kimi ikili yanaşmasaydı, bu gün Parisdə hücum olmazdı. Bu gün Paris üç il bundan əvvəl Suriya müxalifətinin bütün çağırışlarına rəğmən Əsədə münasibətdə, il yarim bundan əvvəl isə Türkiyənin çağırışlarına rəğmən İŞİD-ə münasibətdə Qərbin ikili yanaşmasının bədəlini ödəməkdədir. Və bu peşmanlığı Fransa Prezidenti Fransua Olland artıq etiraf etdi. Lakin artıq gecdir. "Müsəlmanlar biri-birini qırsınlar, bizə nə", - fəlsəfəsi ilə yanaşarsansa, olacağı budur".

Qeyd edək ki, bu gün Parisdə "Şarli Hebdo" ("Charlie Hebdo") jurnalının redaksiyasına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Tarix
2015.01.07 / 22:44
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla