Yuxarı

Quşun Rəşadı ağır yaralamasına gülənlər... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürmüşdüm. Təcrübəli pilot üçün təyyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış şərəfli zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm.

Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram qeyd edib. Ekspert bildirib ki, quşlarla təyyarələrin toqquşması hadisələri nadir hal deyil:

“Qəzanın səbəbinə gəlincə, komissiyanın rəyini şübhə altına almaq üçün əsasım yoxdur. Hər il dünyada beş mindən çox quşlarla təyyarələrin toqquşma hadisəsi qeydə alınır və müxtəlif dərəcəli qəzalar baş verir. Uzağa getməyək, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən Ural Hava Yolları şirkətinin təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etmişdir. Bəzən isə quşlar pilot kabinəsinə çırpılır. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cisimdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveç hərbi təyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi”.

N.Bayram qeyd edib ki, Müdafiə Nazirliyinin komissiyasının rəyini şübhə altına almaq hər kəsin haqqıdır. Bunu kim nə niyyətlə şübhə altına alırsa, özü bilər:

“Ancaq ümumən yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq və avarıçılıq deyil, aqressiv nadanlıqdır. Bunu etməyin. Çox da ki, dünyaya çoxdan məlum olan şeyləri indi eşidirsiz. İnsan (toplum) bilmədiyi şeylərə güləndə, özünü gülünc edir”.

Qeyd edək ki, iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Tarix
2019.08.22 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla