Yuxarı

Müxalifətə pul verən eks-nazirlər kimlərdir? - Yusifov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müxalifətə pul verən eks-nazirlər kimlərdir? - Yusifov

Bir korrupsioner məmur vəzifədən çıxarılırsa, deməli o, oğurlaya biləcəyi milyardlardan məhrum olur. Elə bu səbəbdən də vəzifədən getdikdən sonra belələrinin 9/10-u avtomatik olaraq hakimiyyətə müxalif olur.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərə bağlı açıqlamasına münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov qeyd edib. O, bu məsələni gündəmə gətirdiyi üçün Novruzova təşəkkür edib:

“Bununla bağlı mən artıq dəfələrlə mətbuat səhifələrində fikirlər səsləndirmişəm. Çox sağ olsun Siyavuş Novruzov ki, bu məsələni gec də olsa, gündəmə gətirdi. Cəmiyyətin gözü tərəzidir, kimin nə ilə nəfəs aldığını çox yaxşı bilir. Vaxtılə dövlətin milyardlarla manat vəsaitlərini talayanların kimliyini də hər kəs çox gözəl bilir. Mən bu adamların hakimiyyətə maliyyə müxalifi olduqlarını dəfələrlə yazmışam və demişəm. Burada bütün baş verənlər sadə məntiqə söykənir. Yəni yeni nə isə kəşf etməyə ehtiyac qalmır. Korrupsioner məmuru hakimiyyət vəzifədən çıxarmaqla onları böyük qazanc mənbəyindən məhrum edir. Belələri vəzifədən gedəndən sonra hakimiyyətə dost ola bilərmi? Onların normal əqidəsi olsaydı, dövlətin malını, pulunu talamazdılar. Talayıblarsa, deməli, xəyanət ediblər. Xəyanət ediblərsə, deməli, onlar üçün müqəddəs heç nə yoxdur və onlar vəzifədən uzaqlaşdırıldıqdan sonra on dəfə artıq xəyanət edəcəklər. Bu gün Azərbaycan hakimiyyətinin maliyyə müxalifətinin başında da məhz bu xəyanətkarlar dayanır”.

F.Yusifov onların taladıqları pulları hakimiyyətin geri qaytarmalı olduğu barədə dəfələrlə fikir səsləndirdiyini də bildirib:

“Əks halda bu pullar hakimiyyətə qarşı istifadə olunacaq. Təəssüf ki, bu gün bu da baş verir. Bu adamların kimliyi hər kəsə bəllidir. Bu adamları tutduqları yoldan geri döndərməyin yeganə yolu onların dövlətdən oğurladıqları pulları geri qaytarmaqdır. Əks halda onları bu yoldan heç kim çəkindirə bilməyəcək”.

Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərlə bağlı sərt ittihamlar irəli sürərək, onları açıq mövqe ortaya qoymağa səsləyib.

Tarix
2019.09.07 / 20:43
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla