Yuxarı

"Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır"

Bizi narahat edən odur ki, Azərbaycanda bəzi qüvvələr tərəfindən siyasi proseslərdə normal seçki texnologiyalarından tamamilə fərqli formada istifadə etmək təcrübəsi yayılmağa başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon ərazi ilk təşkilat sədrlərinin müşavirəsində deyib.

Ə.Əhmədov bildirib ki, dekabrda növbəti bələdiyyə seçkisi keçiriləcək.

İcra katibi qeyd edib ki, bugünkü müşavirədə bələdiyyə seçkiləri ilə bağlı hazırlıq müzakirə olunacaq:

“YAP hər zaman seçkilərə yüksək səviyyədə hazırlaşır. İndiyə qədər qazandığımız qələbələr də bunun bariz nümunəsidir. Enyi zamanda, YAP qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. İnanırıq ki, bu seçki də YAP namizədlərinin qalib gəlməsi ilə başa çatacaq”.

YAP icra katibi qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar siyasi həyatda bir canlanma müşahidə olunduğunu qeyd edib:

“Azərbaycan son illər böyük inkişaf yolu keçib. Həyatımızda böyük irəliləyişlər baş verib. Bu inkişaf prosesləri hər birimizin gözü önündə baş verib. Azərbaycanın inkişafını digər ölkələrin inkişaf templəri ilə müqayisə etsək, Azərbaycan ən sürətli inkişaf edən ölkələrdən biridir. Azərbaycan ən uğurlu gənc dövlətlərdən biri hesab olunur. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşması fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır. Xüsusən, ayrı-ayrı ölkələrdə sığınacaq alanların fəaliyyəti narahatlıq doğurur”.

Tarix
2019.09.13 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla