Yuxarı

Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında neft emalı zavodlarına edilən hücum qlobal enerji təchizatındakı axsaqlıqları gündəmə gətirdi. Sözügedən ölkənin “Patriot” zenit raket komplekslərinə sahib olması isə çoxlarında sual doğurdu. Raket kompleksləri nəyə görə bu hücumun qarşısını ala bilmədi?

Bu məsələ ilə bağlı Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun və ölkə hökuməti nəzdində Maliyyə İnstitutunun aparıcı eksperti Stanislav Mitraxoviçin Axar.az-a müsahibəsini təqdim edirik:

– Səudiyyə Ərəbistanının “Patriot” zenit raket komplekslərinə sahib olduğunu bilirik. Bu raket sistemi niyə neft emalı zavodlarına edilən hücumun qarşısını ala bilmədi?

– Hər hansı bir hava hücumundan müdafiə sistemi yüz faiz nüdafiəni təmin edə bilməz, xüsusən də zərbə adi dronlar tərəfindən reallaşdırılıbsa. Onu da qeyd etmək lazımdır ki, “Patriot” zenit raket kompleksləri daha böyük hədəflərdən müdafiə üçün hazırlanıb.

Bundan əlavə, Səudiyyə Ərəbistanı ordu büdcəsinə görə dünyada üçüncü yerə sahib olsa da, əslində, Ərəbistan ordusunun heç bir uğurunun şahidi olmamışıq. Hətta bu ordunun Yəməndəki qiyamçılara məğlub olduğunu görmüşük. Səudiyyə Ərəbistanı hərb sahəsində güclü deyil.

Həmçinin, onu da qeyd etmək lazımdır ki, bu hücumun Səudiyyənin neftin qiymətini qaldırmaq üçün öz imitasiyası olduğu versiyası da mövcuddur. Dərhal əlavə edim ki, bu versiyada müəyyən qədər məntiq olsa da, şübhəlidir, çünki Səudiyyə Ərəbistanı bu vəziyyətdə qlobal neft bazarında təchizatçı kimi bütün rəqiblərinin yanında nüfuzunu risk altında qoyur.

– “Patriot” zenit raket komplekslərinin yerinə S-400 olsaydı, bu hücumun qarşısını almaq mümkün olardımı?

– Amerikalıların verdiyi məlumata görə, zərbələrdə təkcə dronlar deyil, həm də kruiz raketlərindən istifadə edilir. S-400 daha inkişaf etmiş və güclü sistemlərdir, şübhəsiz ki, kruiz raketlərinə qarşı S-400-un cavab reaksiyası olardı.

Bundan əlavə, əvvəllər husilər Səudiyyəyə qarşı taktiki raketlərdən istifadə ediblər. Kruiz və taktiki raketlərə qarşı S-400 raket komplekləri “Patriot”dan daha yaxşıdır. Lakin kiçik dronlara qarşı - böyük və bahalı olan bu sistemin istifadəsi mümkün deyil. Hətta Suriyada Rusiya qüvvələri S-400-lərdən deyil, dronlara qarşı “Buk” sistemindən istifadə edir. Yəqin ki, Putin Səudiyyəyə rus silahları təklif edərkən o, bir-birini tamamlaya bilən və sistemdə işləyə biləcək bütün Rusiya zenit sistemlərini nəzərdə tuturdu.

– Putinin təklifindən söz düşmüşkən, Ankara səfəri zamanı Rusiya Prezidentinin Səudiyyəyə rus silahlarını təklif etməsi təsadüfü sayılmadı, hətta bunu “Patriot”un ünvanına tənqid kimi qəbul edənlər də oldu. Ər-Riyad yaxın gələcəkdə S-400 ala bilərmi?

– Bu suala müsbət cavab vermək çətindir: səudiyyəlilər Rusiya silahlarını alacaqlarına dəfələrlə söz verib, amma indiyə qədər bunlar yalnız vəd olaraq qalıb. Həm də keçmişdə S-400 ilə bağlı aparılan danışıqlar da uğursuzluğa düçar olub. Rusiya Federasiyası və Səudiyyə Ərəbistanının OPEK + çərçivəsində əməkdaşlığı bu hərbi sazişin lehinə ola bilər, hətta Yəmən məsələsi də. Çünki Rusiya husilərə dəstək vermir, ehtiyatlı bir şəkildə Yəməndə Ər-Riyadın kömək etdiyi gücü tanıyır.

Lakin İranla açıq müharibə vəziyyətində olan və səudiyyəlilərin təhlükəsizliyinə qəti şəkildə qarşı olan amerikalıların mövqeyi sazişə qarşı aktiv olacaq. Bundan əlavə, Rusiya və Səudiyyə arasında Suriya ilə bağlı ziddiyyətlər var, bu da sazişin əldə olunmasına maneçilik törədəcək. Moskva S-400 satın almağı təklif edərək, Səudiyyənin imicinə təsir edəcək bir jest etdi.

Tarix
2019.09.19 / 12:25
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Berbokun Bakıya qarşı ittihamları... – Prezidentin köməkçisi

Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış

COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...

COP29-un bağlanış iclası keçirildi - Video

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla