Yuxarı

Qaqauz liderə “Azərbaycanın dostu” ordeni verildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlaxa “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis edilmiş “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.

Axar.az xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyində keçirilən tədbirdə ordeni “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli və jurnalın fəxri sədri Aureliya Qriqoriu təqdim ediblər.

Emil Nəsirli bildirib ki, Azərbaycan ilə Qaqauziya arasındakı əlaqələr səmimi münasibətlərə əsaslanan tarixi keçmişə malikdir. Bu əlaqələrin əsası hələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Sonrakı illər ərzində bu münasibətlər daha da genişlənib. Bu gün Azərbaycan və Qaqauziya iqtisadi, təhsil və mədəniyyət sahələrində sıx əməkdaşlıq edirlər. Bundan başqa, Qaqauziyada Azərbaycanın rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələri misal göstərmək olar. O vurğulayıb ki, Azərbaycan diasporunun Moldova və Qaqauziyanın rəhbərliyi ilə yaxşı əlaqələri var. Azərbaycan diasporunun dəstəyi ilə Qaqauziya dəfələrlə Azərbaycandan təşrif buyurmuş yaradıcı kollektivləri qəbul edib. Azərbaycan xalqı çoxillik dostluq və dəstək nişanəsi olaraq ümummilli lider Heydər Əliyevin abidəsinin Qaqauziyanın Şöhrət xiyabanında ucaldılmasına görə qardaş qaqauz xalqına minnətdardır. “Jurnalın kollektivi xanım İrina Vlaxın “Azərbaycanın dostu” ordeni ilə təltif olunmasından məmnunluğunu bildirir, Azərbaycan–Qaqauz dostluğunun möhkəmləndirilməsi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirir”, - deyə Emil Nəsirli bildirib.

İrina Vlax qızıl ordenlə Azərbaycan ilə Qaqauziya arasındakı dostluq münasibətlərinin inkişafında qarşılıqlı səmərəli fəaliyyətə və iqtisadi, siyasi, humanitar, elmi və mədəni sahələrdə həyata keçirilən əməkdaşlığa görə təltif olunub. O, “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasına və kollektivinə minnətdarlıq edib.

İrina Vlax qeyd edib ki, Azərbaycan ilə Qaqauziya arasında birgə həyata keçirilən layihələr əməkdaşlığımızın daha da möhkəmləndirilməsinə xidmət edir.

Tarix
2019.09.26 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana “petrostate” deyənlər oxusun: 2026-dən...

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video

Azərbaycan nümayəndə heyəti NATO sessiyasına qatıldı

Britaniya XİN başçısı COP29-dan yazdı: Vacib addım...

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - Əliyev

Qarayaxma kampaniyasına baxmayaraq... - Prezident

Bakı COP tədbiri tarixə düşəcək – İlham Əliyev

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla