Yuxarı

Minsk Qrupu Qarabağla bağlı bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minsk Qrupu Qarabağla bağlı bəyanat yaydı

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bu barədə ATƏT-dən məlumat verilib.

Qeyd edilir ki, Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (Amerika Birləşmiş Ştatları) BMT Baş Assambleyasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakanyanla ayrı-ayrılıqda və birgə görüşüblər.

Həmsədrlərin görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Onlar həmçinin ATƏT-in baş katibi Tomas Qreminqerlə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxsləri ilə görüşüblər.

"Həmsədrlər hər iki nazirə münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə bu yaxınlarda Parisdə və Cenevrədə keçirilən məsləhətləşmələri də daxil olmaqla, iyunda Vaşinqtondakı birgə görüşdən sonra fəaliyyətləri haqqında məlumat veriblər", - deyə bəyanatda qeyd edilir.

Bildirilir ki, həmsədrlər birbaşa əlaqə kanalları da daxil olmaqla, yay mövsümündə tərəflərin zorakılığın minimallaşdırması üzrə səylərinin müsbət nəticələrini qeyd ediblər, həmçinin bu yaxınlardakı qaçılmaz nəticə ilə bağlı dərin təəssüf hissi ifadə ediblər:

"Həmsədrlər və nazirlər gərginliyin azaldılması, mövcud şəraitin saxlanılması, sülhə imkan yaradan və danışıqlar üçün əlverişli olan predmetlər üzrə əlavə tədbirlərin müzakirəsini davam etiriblər. Həmsədrləri martın 9-da qəbul etdikləri bəyanata istinad edərək, tərəfləri danışıqların nəticələrini pozan və ya onu qabaqcadan müəyyən edən ritorikadan istifadə etməyi minimallaşdırmağa çağırıblar".

Bəyanatda qeyd edilir ki, həmsədrlər yaxın vaxtlarda regiona səfər etmək niyyətindədirlər.

Tarix
2019.09.26 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla