Yuxarı

Mirziyayevdən Əliyevə: Təyyarədə nazir mənə dedi ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirziyayevdən Əliyevə: Təyyarədə nazir mənə dedi ki...

Təyyarədən Azərbaycana yenicə düşmüşəm və çox səmimi münasibət hiss edirəm. Bu, həqiqətən tarixi səfərdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Özbəkistan lideri Şövkət Mirziyayev bildirib.

O qeyd edib ki, Özbəkistanın bu Şuraya daxil olması barədə qərar qəbul edilməsinin 3 ili tezliklə tamam olacaq:

"Keçən il həmkarlarımın çoxu deyirdi: Gəlin, bu sənədi Çolpon-Atada imzalayaq, orada bayraq qaldıraq. Dedim ki, mənim öz fikrim var. Naxçıvan Sazişinin 10 illiyi tamam olacaq. Bu, tarixi hadisədir. Sizə çox təşəkkür edirəm ki, Siz də məni dəstəklədiniz. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin qədim, möhkəm kökləri var. Bu əlaqələr uzun tarixə malikdir. Zənnimcə, bütün bunları dirçəltməyin vaxtı çatıb. Biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr edirik. Özbəkistanda onu xatırlayır və ehtiramla yad edirlər, çünki o, həqiqətən böyük şəxsiyyət olub. Onunla yanaşı işləmiş adamlarla çox söhbət etmişəm. O, özbək xalqına həmişə hörmətlə yanaşıb. Şərəf Rəşidoviç ilə çox görüşüblər, çox çətin məsələləri həll ediblər. Onların bu gün sağ olan məsləkdaşları indiyə qədər fəxrlə deyirlər ki, Heydər Əliyev bütün hallarda Özbəkistan haqqında hörmətlə danışır, hər yerdə onu dəstəkləyirdi. Bizdə “özbək işi” qaldırılan çətin illərdə Heydər Əliyevin özbək xalqı haqqında şəxsi fikri vardı. Bu gün biz fəxr edirik ki, Heydər Əliyevin oğlu bu böyük işi davam etdirir.

Bu gün Azərbaycan firavanlaşır. Bilirsiniz ki, biz yaxın qonşularıq və Sizin uğurlarınıza sevinirik. Həmişə fəxr edirik ki, bizə qardaş olan Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadiyyatda uğurlar var. Biz bu uğurları görəndə hesab edirik ki, bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Bu uğurlar Sizin Azərbaycanın sabahını görməyinizin nəticəsidir. Biz buna həmişə sevinirik. Əlbəttə, Siz çox düzgün dediniz ki, biz artıq təzə səhifədən başlamalıyıq. Mən bu səfərə tək gəlməmişəm, çünki biz Azərbaycan üçün darıxmışıq. Bilirsinizmi, hamı səbirsizliklə gözləyir, görək, nə vaxt imzalanma başlanacaq. Yolda gələndə təyyarədə nazir mənə dedi ki, biz dəyəri 390 milyondan çox olan kontraktlar hazırlamışıq".

Tarix
2019.10.14 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla