Yuxarı

Bunu edən “məşhur” adamlar Qdlyan və İvanov idi - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunu edən “məşhur” adamlar Qdlyan və İvanov idi - Prezident

Bu gün Sizin ölkəniz haqlı olaraq böyük beynəlxalq nüfuz qazanıb, iqtisadiyyatda və sosial sahədə apardığınız islahatlar təkcə Özbəkistan vətəndaşları arasında deyil, bizdə də böyük əks-səda doğurur. Çünki biz dostlar, qardaşlar kimi həmişə bir-birimizin uğurlarına sevinirik.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə görüşündə bildirib.

"Heydər Əlirza oğlu Əliyev haqqında dediyiniz xoş sözlərə görə çox sağ olun. Siz tamamilə haqlısınız. O, özbək xalqına böyük hörmət və məhəbbət bəsləyirdi. Mən hələ yeniyetmə idim, onun Şərəf Rəşidoviç Rəşidovla sıx dostluq münasibətlərinin şahidi olmuşam. Onlar qardaşcasına dostluq edirdilər və yadımdadır, qondarma yenidənqurma illərində müəyyən dairələrin törətdiyi ədalətsizlik ona çox mənfi təsir göstərmişdi. Söhbət “özbək işi” adlandırılan məsələ barədə idi. Bunu edən “məşhur” adamlar Qdlyan və İvanov idilər. Onlar təkcə Özbəkistana deyil, hesab edirəm ki, bizim hamımıza çox böyük ziyan vurdular. Ona görə ki, bu, Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücum idi. Bu hücum Azərbaycandan da yan keçmədi, burada da təxminən eyni əməlləri həyata keçirməyə çalışırdılar, lakin bunun üçün sadəcə vaxtları çatmadı.

Münasibətlərimizin gələcəyi barədə isə Siz bizim əməkdaşlıq edəcəyimiz məsələləri çox geniş və ətraflı səciyyələndirdiniz. Əminəm ki, bu gün biz yeni istiqamətlər müəyyənləşdirəcəyik və hər bir istiqamət üzrə bu gün və sabah müvafiq qurumlar görüşəcəklər, müzakirələr aparacaqlar və bizi yaxşı nəticələrə doğru yönəldəcəklər. Dəvətə görə sağ olun. Yenidən məmnuniyyətlə qardaş Özbəkistana səfər edərəm", - İ.Əliyev qeyd edib.

Tarix
2019.10.14 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla