Yuxarı

Dələduz sədr bank aldı, daha iki rayonda etiraz qalxdı – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluğa görə həbs edilən Vüqar Hüseynovun şirkətlərində çalışanlar çıxılmaz vəziyyətə düşüb. "Qala" Beynəlxalq Mühafizə Xidməti və "Azər mühafizə" MMC-də işə düzəlmək üçün depozit qoyanlar vəziyyətdən çıxmağa çalışırlar.

Axar.az xəbər verir ki, yanvarın 23-də ölkənin iki bölgəsində bu şirkətlərin filiallarında işləyənlər aksiya keçirib. Qazaxda "Azər mühafizə" MMC əməkdaşları, Tərtərdə isə "Qala" BTX tərəfindən pulu mənimənilənlər ayağa qalxıb.

Hər iki şirkətdən zərərçəkənlər V.Hüseynovu ittiham edirlər. Baş Prokurorluq tərəfindən barəsində cinayət işi açılaraq qandallanan firmaların rəhbəri işçilərini pulsuz qoyub.

Qazaxda etiraza qalxanlar Şabranda ilk olaraq başlanmış etirazlarda iştirak edənlərdən fərqli söz deməyib. Onlar ayrı-ayrılıqda 1000-1500 manat civarında depozit qoyub, lakin maaşlarını ala bilməyib.

Tərtərdəki şirkətdə çalışanlar da eyni aqibətlə üzləşib. Hətta mühafizəçilərdən xidməti geyim üçün "şirinlik" də alınıb.

Onu da deyək ki, həbsinə qədər V.Hüseynovun "Kövsərbank"ın səhmlərini aldığı da aydınlaşıb. Axar.az-a daxil olan özəl bilgilərə görə, dələduz şirkət müdiri işçilərdən mənimsədiyi pulları bankın səhmlərinə yatırıb. Bir neçə rayonda fəaliyyət göstərən mühafizə xidmətinə işə düzələnlərdən alınan pulları hesablasaq, ortada milyonların olduğunu söyləmək olar.

Qeyd edək ki, sözügedən bank deputat Eldar İbrahimovun qardaşına məxsusdur.

Tarix
2015.01.24 / 00:03
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla