Yuxarı

Prezident bu qurumları niyə birləşdirdi? – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident bu qurumları niyə birləşdirdi? – Millət vəkili

Prezident İlham Əliyev hələ 2018-ci il seçkilərindən sonra andiçmə mərasimində çıxışında qeyd etmişdi ki, ölkədə iqtisadi islahatların yeni mərhələsi başlayır və islahatlar daha da dərinləşdiriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Elman Nəsirov ölkədə son günlər həyata keçirilən islahatları şərh edərkən deyib. O, ötən gün iqtisadi sahə ilə bağlı Prezidentin imzaladığı fərman və sərəncamların mahiyyətindən danışıb:

“Ölkə başçısı eyni zamanda oktyabrın 15-də Nazirlər Kabinetinin son toplantısında qeyd elədi ki, bizim iki vəzifəmiz var - islahatların daha da dərinləşdirilməsi və iqtisadi artımın təmin edilməsi. İslahatların dərinləşdirilməsi kadr islahatlarını da özündə ehtiva edir. Cənab Prezident bu istiqamətdə ardıcıl addımlar atmağa başlayıb. Məlum olduğu kimi, Baş nazirin iki müavini öz ərizəsi ilə işdən çıxarıldı. Eyni zamanda, İqtisadiyyat naziri Baş nazirin müavini təyin edildi, İqtisadiyyat Nazirliyinə isə keçmiş Vergilər naziri rəhbər gətirildi. Prezidentin növbəti sərəncamı ilə Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, xarici investorların qeyri-neft sektoruna cəlb edilməsi əsas hədəflər sırasındadır. Bunu həyata keçirmək üçün İqtisadiyyat Nazirliyinin üzərinə böyük məsuliyyət düşür”.

Politoloq qeyd edib ki, Prezident Şahin Mustafayevlə görüşündə də bu məqama diqqət çəkdi:

“İqtisadiyyat Nazirliyinin funksiya və strukturunun genişləndirilməsi də məhz bu reallıqdan qaynaqlanır. Heç şübhəsiz ki, İqtisadiyyat Nazirliyinin ölkədəki ən önəmli nazirliklərdən biri olacağını söyləmək olar”.

Tarix
2019.10.24 / 09:12
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla