Yuxarı

Türkiyə Su-35 alarsa, ABŞ-ın cavabı... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rusiyadan Su-35 qırıcılarını almaq istəməsi barədə yayılan xəbərlərin səbəblərini müəyyənləşdirmək üçün bir müddət öncəyə ekskurs etmək lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Türkiyənin Rusiyadan yaxın vaxtlarda 48 ədəd Su-35 qırıcısı alacağı ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib. O vurğulayıb ki, Rusiyanın təqdim etdiyi əlverişli şərtlər iki ölkə arasında hərbi, siyasi və iqtisadi əlaqələrin genişlənməsinə səbəb olur:

“Türkiyənin israrlı tələblərinə baxmayaraq, 2015-ci ilin oktyabrında ABŞ ”Patriot” zenit komplekslərini bu ölkənin ərazisindən çıxardı. Bu komplekslər 2013-cü ildə Türkiyənin hava məkanını Suriya və İraqdan gələn təhlükədən qorumaq üçün Qaziantepdə yerləşdirilmişdi. 2015-ci ildə Rusiya və Suriya hərbi hava qüvvələri əməliyyata başladıqdan sonra NATO öz müttəfiqinin müdafiəsini təmin etmək əvəzinə “Patriot” sistemlərinin Türkiyədən çıxarılmasının məqsədəuyğun olduğunu bəyan etdi. NATO müttəfiqi olan Türkiyənin nəinki təhlükəsizliyini təmin etdi, əksinə, bölgədə fəallaşan terror qrupları ilə qarşı-qarşıya və tək qoydu”.

Ekspert bildirib ki, daha sonra Türkiyənin “Patriot” almaq tələbini rədd edən ABŞ nəticə etibarilə NATO-nun ən mühüm üzvünü S-400 almağa vadar etdi:

“Eyni prosesin qırıcılarla da bağlı yaşana biləcəyini istisna etmək olmaz. Türkiyənin S-400-lə bağlı birgə işçi qrup yaratmaq təklifinə və bu sistemin NATO silahlarına heç bir təhdid yaratmayacağı barədə zəmanətinə baxmayaraq, ABŞ qardaş ölkəni F-35 layihəsindən uzaqlaşdırmağa çalışır. Bunun əvəzində isə Rusiya çox münasib şərtlərlə, gələcəkdə istehsal hüququ verməklə, daha ucuz qiymətə Su-35-ləri təklif edir. F-35-lərdən əli üzüləcəyi halda Türkiyənin Rusiyanın bu təklifini dəyərləndirəcəyi qaçılmaz ola bilər”.

Ş.Ramaldanov bildirib ki, Rusiya ilə normal münasibətlər Türkiyə üçün bütün müstəvilərdə əlverişlidir:

“Rusiya nəhəng xammal ölkəsidir və Türkiyədə bu xammalın emalı, müxtəlif məhsulların istehsalı üçün əlverişli şərait mövcuddur. Rusiya nəhəng bazardır və Türkiyənin aqrar, sənaye və tikinti sektorunun bu bazara ehtiyacı var. Digər tərəfdən, Rusiya bazarına maneəsiz çıxış Türkiyəyə təkcə bu ölkənin sərhədləri çərçivəsində iqtisadi manevr imkanları yaratmır, eyni zamanda Avrasiya məkanının nəhəng bir hissəsinə çıxış imkanları verir. Türkiyə də öz milli maraqlarına uyğun addım atır”.

Ekspertin sözlərinə görə, bu addımların nəticəsi olaraq Türkiyənin NATO-dan uzaqlaşdırılacağı real görünmür:

“Çünki Türkiyə ilə NATO üzrə müttəfiqlik bağlarının qırılması hazırda heç kimin, o cümlədən ABŞ və NATO-nun digər üzv dövlətlərinin marağında deyil. Bu bağ qırılarsa, regionda yeni və kifayət qədər güclü hərbi-siyasi ittifaqın formalaşması üçün zəmin yarana bilər. Bu baxımdan ABŞ-ın Türkiyəyə münasibətdə “kökə və zopa” siyasətini hələlik davam etdirəcəyini düşünürəm. Hətta Türkiyə üçün daha əlverişli şərtlər də irəli sürülə bilər”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan 48 ədəd Su-35 qırıcısı almaq istəyi ilə bağlı müzakirələr getdiyi barədə "Yeni Akıt" məlumat yayıb. Türkiyənin Müdafiə naziri Hulusi Akar isə bu xəbəri təkzib edib və F-35 layihəsinin ortağı olduqlarını, bu haqqı tələb etdiklərini vurğulayıb.

Tarix
2019.10.30 / 08:30
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla