Yuxarı

Atası Əkbəri manatlıq taksi ilə böyütmüşdü... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atası Əkbəri manatlıq taksi ilə böyütmüşdü... - Foto

Ötən gün Binəqədi rayonunda yerləşən “Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində faciəvi şəkildə həlak olanlardan biri də 2007-ci il təvəllüdlü Əkbər Anar oğlu Zeynalovdur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Əkbər ailənin üç oğul övladından biridir.

Özündən böyük qardaşı hərbi xidməti yeni başa vuraraq evinə qayıdıb, kiçik qardaşının isə 11 yaşı var.

Əslən Bakıdan olan ailənin maddi imkanı çox zəifdir. Yaxınları əməkdaşımızla söhbətində bildirib ki, atası Anar uşaqları "manatlıq taksi" ilə böyüdüb.

Hadisə baş verən vaxt Əkbərin atası taksidə sükan arxasında olub. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

"Anası dünəndən donub qalıb, atası da balasına şokdan lay-lay deyirdi. Atası Əkbəri manatlıq taksi ilə, "20 Yanvar"a sərnişin daşımaqla böyütmüşdü. Əkbərin arzusu Amerikada oxumaq idi. Balaca qardaşı dünəndən Əkbərdən konfet gözləyir. Əkbər çox sakit, tərbiyəli, evə baxan uşaq idi. O qədər kasıb ailədir ki, yas çadırı qurmağa da imkanları yoxdur", - mərhumun yaxınları deyib.

Məlumata görə, Əkbərin nənəsini də 36 yaşında elektrik cərəyanı vuraraq öldürüb.

Mərhum bu gün günorta saatlarında dəfn olunacaq.

Qeyd edək ki, hadisə nəticəsində Əkbər Zeynalovla yanaşı, 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev də həlak olub.

Tarix
2025.11.22 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsimi Nəbizadə ilə bağlı bütün suallara aydınlıq gətirildi

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla