Yuxarı

Bakıda keçmiş məhkumda 10 kq narkotik aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda keçmiş məhkumda 10 kq narkotik aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısını almaq üçün mübarizə tədbirlərini davam etdirirlər.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb.

Onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.

V.İsmayılov ifadəsində narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və hissələrə ayırmaqla sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.

Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Polis bütün ölkəboyu narkotiklərlə əlaqəli əməliyyat və nəzarət-profilaktik tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcək.

Tarix
2025.11.22 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla