Yuxarı

DOST TV-nin 2 yaşı tamam olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DOST TV-nin 2 yaşı tamam olur

Bu gün DOST Konsepsiyasının televiziya həlli olan DOST TV-nin 2 yaşı tamam olur.

Axar.az xəbər verir ki, 2024-cü ilin 2 aprelində ölkəmizdə ilk sosial və inklüziv televiziya nümunəsi kimi fəaliyyətə başlayan DOST TV sosial mövzularda maraqlı verilişləri ilə həftə içi hər gün Yutub kanalı olaraq canlı yayımla izləyicilərinin qarşısına çıxır.

İzləyici sayı daim genişlənən DOST TV fəaliyyəti ərzində Feysbuk, İnstaqram, Tiktok, Yutub kimi platformalarda 15 milyondan çox baxış toplayıb.

TV əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl islahatlar, yenilikər, sosial hüquqlar barədə ictimai məlumatlandırmaya dəyərli töhfəsini verir.

DOST TV “DOST Xəbər”, “DOST qapısı”, “Sosial saat”, “Qayğı”, “Ekspert rəyi”, “İş saatı”, “Mənim hekayəm”, “Rəqəmsal saat”, “Xidmətinizdəyik”, “Birlikdə öyrənək”, “Onlayn müfəttiş”, “Dayaq nöqtəsi”, “DOST podcast” və s. kimi verilişləri və telelayihələri ilə izləyicilərinin maraq və rəğbətini qazana bilib.

Sosial sahə ilə bağlı mühüm tədbirlərin canlı yayımını da həyata keçirən DOST TV həmçinin vətəndaş cəmiyyəti institutları və ekspertlərlə birgə aktual sosial mövzularda diskussiya və müzakirə platformasıdır.

DOST TV izləyicilərinin müraciətlərini də birbaşa cavablandırmaqla onların sosial məsələlərinin həllinə dəstək olur.

DOST TV-yə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Tarix
2026.04.02 / 10:03
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla