Yuxarı

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyanın Rusiyaya səfəri - Putinlə görüşü iki hədəfə hesablanmışdı.

Birincisi, seçki öncəsi Rusiya ilə münasibətləri normallaşdırmaq, ən azı daxili auditoriyaya, xüsusilə Moskvaya “bel bağlayan” müxalifətə Putinlə “probleminin olmadığı” mesajını vermək;

İkincisi, Rusiyanın seçki prosesinə müdaxiləsini neytrallaşdımaq.

Seçki öncəsi gərginliyin kəskinləşməsi fonunda Putinlə “təmasların davam etdiyi” pozu Paşinyan hakimiyyətinə lazımlıdır. Çünki əsas opponentləri Moskva ilə dərin əlaqələrə malikdir: Putinlə şəxsi dostluğu olan Robert Köçəryan onun dəstəyi ilə hakimiyyət dəyişikliyinə ümid edir; yeni “siyasi qüvvə” hesab olunan rusiyalı miyarder Samvel Karapetyanın İrəvanda “Kreml missiyası”nı icra etdiyi sirr deyil; Paşinyanın kilsə ilə mübarizəsində də Rusiya Qaregin dəstəsinin yanındadır.

Ermənistan hakimiyyəti seçkidə mümkün riskləri müxalifətin bağlı olduğu ölkədə həll etmək istəyir. Hərçənd, görüşdə Putinin səsləndirdiyi fikirlər fonunda buna nə qədər nail olduğunu demək çətindir. Putin “Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələrin seçkidə iştirak etməsini”, həmçinin “Rusiyada yaşayan 2 milyon erməninin də səsvermə hüququnun təmin edilməsini” istəməklə rusiyapərəst qüvvələrin yanında olduğunun mesajını verdi. Bununla yanaşı, “Ermənistanın Avrasiya İqtisadi İttifaqında olduğu halda Avropa Birliyinə üzvlüklə bağlı müzakirələri” qəbuledilməz adlandırmaqla İrəvanın siyasi oriyentasiyasından narazılığını dilə gətirdi.

Putinin sözləri Rusiyanın Ermənistandakı seçkiləri ən azı mövqelərini gücləndirmək fürsəti kimi gördüyünü deməyə əsas verir. Bunu İrəvanda da anlayırlar, Ermənistan hakimiyyətinin AB-dən dəstək istəməsi, Brüsselin Moldova ssenarisinə əsasən İrəvana “xüsusi missiya” göndərmək planı da bundan qaynaqlanır.

Və belə görünür ki, 7 iyun seçkilərində Ermənistan Rusiya və Qərb qarşıdurmasının əsas mərkəzinə çevriləcək.

Tarix
2026.04.02 / 10:27
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla