Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Yanvar 2020


Prezidentin sürətli seçki qərarı: səbəblər... – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beləliklə, islahatlar dalğasının növbəti mərhələsinə daxil oluruq və icraedici və məhkəmə hüquq sistemində aparılan kardinal dəyişikliklərə uyğunlaşdırılması üçün növbədənkənar parlament seçkilərinə artıq start verildi.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevin 2020-ci il fevralın 9-na Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncamını şərh edərkən deyib. A.Camalqızı bildirib ki, ölkə həyatının olduqca mühüm tarixi dövrünə şahidlik etmək hər birimiz üçün böyük fürsətdir:

“Bunun tarixi fürsət olmasını şərtləndirən ən başlıca məqam ondan ibarətdir ki, bu köklü sistem dəyişikliyi yuxarıdan həyata keçirilir. Etiraf etməliyik ki, ən yeni tarixdə bu cür dəyişikliyin yuxarıdan həyata keçirilməsi nümunəsi yoxdur. Bu baxımdan əmin ola bilərsiniz ki, bu yeni sistemə keçid də, məsələn, ASAN Xidmət kimi, Azərbaycan modeli olaraq tanıdılacaq və politologiyanın tədqiqat predmetinə çevriləcək".

Siyasi sistemin özü-özünü yeniləyərək, novatorçu yanaşmanı, modern təfəkkürü idarəçiliyə tətbiq etdiyini, təcrübə ilə gəncliyin birləşdirildiyini, yeni kadrların Prezident tərəfindən şəxsən qəbul edildiyini və birbaşa öhdəliklərlə yerlərə göndərildiyini xatırladan politoloqun fikrincə, yeni sistem fərqli forma və məzmun doğurur:

“Çağdaş təfəkkür və intellekt təcrübə və peşəkarlıqla birləşdirilir, vətənpərvərlik və fədakarlıq, azərbaycançılıq ideyalarına sədaqət amilləri ilə görəvləndirilən kadrlardan rüşvətxorluq və korrupsiyanın tamamilə - bunu altını cızaraq, xüsusi vurğulayıram – aradan qaldırılması, xalqın razılığını qazanmaları tələb edilir. Belə yanaşma tərzi bizdə heç zaman olmayıb”.

A.Camalqızı qeyd edib ki, böyük ictimai dəstək və rəğbətlə müşayiət olunan bu sistem dəyişikliyindən media da kənarda qala bilməz:

“Dördüncü hakimiyyət” hesab olunan ənənəvi və yeni mediada da islahatlar həyata keçirilməli olduğu barədə həmkarlarımın səsləndirdiyi fikirlər həqiqəti əks etdirir. Azərbaycan mediası həmişə informasiya istehsalçısı və ötürücüsü, ideoloji maarifləndirici rollarıyla yanaşı, həm də siyasətçilər qarşısında xalqın görən gözü vəzifəsini daşıyıb. Bugünün sualı budur: Prezidentin bu baxımdan “köməkçilərim” dediyi media üzərinə düşən funksiyanı yerinə yetirə bilirmi? Potensial imkanlar bu vəzifələri yerinə yetirmək üçün yetərlidirmi?

Təbii ki, problemlər az deyil. İndi qarşımızda problemə çevrilən məsələləri həll etmək üçün əhəmiyyətli vaxtı uduzmuşuq. Halbuki bu illər ərzində Azərbaycan mediasının yeni media anlayışının mahiyyətini sözün əsl mənasında gerçəkləşdirmək, print mediadan – heç kəsin oxumadığı, bürokratik üsullarla abunə yazdırılan, ictimai rəyə təsir imkanları sıfra bərabər olan qəzetlərə “süni nəfəs” vermək əvəzinə, medianı vizuallaşdırmaq üçün lazım olan müasir maddi-texniki avadanlıqla təchizat işini başa çatdıraraq ortaya mükəmməl nümunələr qoymaq olardı. Artıq dünyaca məşhur media quruluşları çap versiyası ilə vidalaşaraq onlayn medianın imkanları ilə fəaliyyətini davam etdirməkdədir. Hətta onlayn media hər gün yenilənir, mahiyyət və məzmunca dəyişikliyə məruz qalır. Artıq sosial şəbəkələrin özü belə sosial media rolunu oynayır. Yəni sosial şəbəkələr yalnız informasiya yayımında iştirak etmir, həm də informasiya istehsal edir. Bu arealda oxucu kontingentinin təmərküzləşməsi prosesi baş verir. Əgər bir müddət öncə oxucu-tamaşaçı Feysbuk və Tvitter üzərindən informasiya əldə etməyə üstünlük verirdisə, indi dünya əhalisinin böyük bir kəsimi Yutub (“Youtube”) sosial şəbəkəsindədir. Kim bu yeniliyin fərqindədirsə, uğur da onundur...”

A.Camalqızı vurğulayıb ki, Prezident İlham Əliyevin 9 fevrala növbədənkənar seçkilər təyin etməsi təsadüfi deyil:

“Bu, cənab Prezidentin nə qədər böyük siyasi iradə və sürətlə, olduqca çevik siyasi qərarlarla sistemi oturuşdurmağa çalışdığının göstəricisidir. Media bu cür sürətli dəyişikliklərə, çevik siyasətə uyğunlaşmalıdır”.

Politoloq təəssüflə qeyd edib ki, KİV DF-nin timsalında dövlətin bu sahənin inkişafına etdiyi yatırımın müasir tələblər istiqamətində istifadə olunduğunu iddia etmək mümkün deyil:

“Digər vacib bir məsələ odur ki, Azərbaycan mediası uzun illərdir politoloji fikir, düşüncə ifadə edə bilən ekspert qıtlığı yaşayır. Gündəmdə olan, media ilə mütəmadi işləyən, ölkədə və dünyada baş verənləri, siyasi və iqtisadi islahatların əsl mahiyyətini geniş auditoriyaya çatdıra bilən ekspertləri barmaqla saymaq olar. Təsəvvür edin, ölkədə miqyasına və əhəmiyyətinə görə ən yeni tariximizdə müqayisəyəgəlməz olaylar baş verir. Biz baş verənlərin əsl mahiyyətinin şərhi və ictimai təqdimatı üçün mükəmməl şərhləri nadir hallarda müşahidə edirik. Belə deyək, ən mükəmməl açıqlamalar yenə də Prezidentin çıxışında ehtiva edilir, böyük əksəriyyət – millət vəkilləri də daxil – ölkə başçısının çıxışlarının bəzi abzaslarını kopyalayaraq, "açıqlama kimi" mediaya təqdim etməkdən o tərəfə keçmir. Nəticədə media məzmun etibarilə təkrarçılıqla məşğul olur, oxucu eyni simaları görmək, bir-birindən seçilməyən fikirləri oxumaq məcburiyyətində qalır. Bundan isə həm dövlətimiz, həm də mediamız itirir”.

Politoloq xatırladıb ki, müasir dünyada medianın rolu həddən artıq genişlənib və sivil dünyada savaşlar silahla deyil, məhz media üzərindən həyata keçirilir:

“Ona görə də hesab edirəm ki, media sahəsində də ciddi dəyişiklər bir an tez başlamalıyıq, onsuz da az zaman itirilməyib. Həmçinin yeni Milli Məclis formalaşarkən düşünə və danışa bilən, media və ictimaiyyətlə işləməyi bacaran, ölkədə aparılan köklü islahatların mahiyyətini geniş auditoriyaya çatdırmaq imkanı olan və əlbəttə ki, gənc, enerjili, həmçinin təcrübəli kadrlara üstünlük veriləcək.

Eyni prosesin politoloji mərkəzlərdə də getməsi vacibdir. Uzun illərdir ictimai reaksiya doğurmayan, media dili ilə desək, “tirajsız” simalardan imtina etməli və bu sahədə yeni təfəkkür tərzinin gəlməsinə imkan və şərait yaratmalıyıq".

Tarix
2019.12.05 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Davosda iclasda iştirak etdi - Foto

Axır ki, tapıldı: Arifoğlunun “dublikatı” budur - Foto

Mirələmovun “möhtəşəm” Xəzər uzaqgörənliyi...

Bakıya "Zərbə" əməliyyatı: Kimlər rəhbərlik edirdi?

Paşayevanın məktəb yoldaşının məzarından paylaşımı... - Foto

ABŞ Konqresinin üzvündən 20 Yanvarla bağlı - Bəyanat

Heydər Əliyev bu barədə dəfələrlə danışıb - Slutski

Hikmət Hacıyev NATO-nun qərargahında

Fəzail Ağamalı şəhidin ata ocağında - Video

Qızılkənd xalq şairini böyük sevgi ilə qarşıladı - Foto

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla