Yuxarı

“Azərbaycanın Ərbildə konsulluq açması tezdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycanın Ərbildə konsulluq açması tezdir”

"Ümumiyyətlə, bir ölkənin başqa bir ölkədə diplomatik nümayəndəlik açması birbaşa həmin ölkənin milli maraqları ilə əlaqədar olmalıdır".

Bu sözləri Axar.az–a açıqlamasında politoloq Ceyhun Mahmudlu Ermənistanın Azərbaycandan öncə Kürdüstanda konsulluq açmasına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, İraq müharibə şəraitindədir və həmin ölkənin hətta döyüşlər getməyən bölgələrində də stabillik və təhlükəsizlik tam şəkildə təmin oluna bilməz:

"Belə şəraitdə həmin ölkədə diplomatik nümayəndəliyi olan dövlətlər öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə həmin ərazidən onları təxliyyə edə bilər. Hazırda Azərbaycanın İraqın adı çəkilən bölgəsində konsulluğunun açılmasının təhlükəsizlik baxımından doğru olmadığını düşünürəm. Amma belə bir fakt mövcuddur ki, enerji əməkdaşlığı baxımından İraqın şimal bölgəsi bizim üçün çox cazib bölgədir və zamanında Azərbaycanın Xarici İşlər naziri əməkdaşlığı inkişaf etdirmək üçün həmin ölkəyə səfər də etmişdi. Bu faktı diqqətə alaraq gələcəkdə bu münasibətlərin inkişaf etdirilməsi üçün İraqın həmin bölgəsində Azərbaycan konsulluğu açmaq olar. Əsas məsələ onlarla Azərbaycan arasında faktiki olaraq mobilliyin nə qədər intensiv olmasındadır. Ancaq görürən odur ki, bu intensivlik çox da yüksək deyil".

Politoloq onu da qeyd edib ki, əslində, Ermənistanın həmin bölgədə konsulluq açmaq istəməsi yeni deyil:

"2014-cü ildə Ermənistanın Xarici İşlər naziri İraqa səfəri zamanı bu məsələni razılaşdırmışdı. Ancaq tərəflər konkret olaraq bunun onlara nə verəcəyini hələ dəqiqləşdirməyiblər. Hesab edirəm ki, mövcud vəziyyətdə bu, İraq və Ermənistana heç bir əlavə divident verməyəcək".

Xatırladaq ki, Ermənistan İraqın Kürdüstan muxtariyyətində konsulluq açacaq. Məlumata görə, konsulluq Ərbil şəhərində fəaliyyət göstərəcək.

Tarix
2015.02.06 / 08:37
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla