Yuxarı

Çağırış: “Sərkisyan hərbi canidir” – Səs verin!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çağırış: “Sərkisyan hərbi canidir” – Səs verin!

"Petisiyanın təbliğatı böyük ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə könüllülər tərəfindən davam etdiriləcək".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqın (ATGTİ) koordinatoru Nurxan Babayev Ermənistanın Prezidenti Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınmasını və 20 Yanvar hadisələrinə münasibət bildirilməsini tələb edən petisiya barədə məlumat verərkən dedi. Onun sözlərinə görə, son 9 gün ərzində petisiyaya qoşulanların sayı 25 mini ötüb:

"28 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə Ermənistanın Prezidenti Serj Sərkisyanin hərbi cinayətkar kimi tanınmasını və 20 yanvar hadisələrinə münasibət bildirilməsini tələb edən petisiyalar yaradılıb.

Adıçəkilən petisiya artıq cəmiyyətdə geniş yayılır və bu dəqiqə üçün 25 mindən çox imza toplanılıb. Bu həftədən etibarən ali təhsil müəssisələri də petisiyaya aktiv şəkildə qoşulublar və sabahdan başlayaraq, petisiyanın təbliğatı böyük ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə könüllülər tərəfindən davam etdiriləcək. Bunun üçün Serj Sərkisyanı hərbi cinayətkar kimi tanımağa səsləyən 100 mindən artıq məlumat kağızı çap olunub. Bundan əlavə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində müxtəlif ölkələrdə (Türkiyə, İngiltərə, Ukrayna, Belçika, Rusiya, Niderland və s.) təhsil alan həmyerlilərimiz də bu petisiyanı dəstəkləyir".

Təşkilat üzvünün məlumatına görə, bir çox millət vəkili də petisiyaya qoşulub:

"Milli Məclisin üzvləri Azay Quliyev, Qənirə Paşayeva, Adil Əliyev və başqaları petisiyaya qoşulub, Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan bununla bağlı Türkiyə gəncliyinə və tərəfdaşlarına müraciət edib".

Televiziya və bəzi media qurumlarından yetərincə dəstək görmədiklərini deyən N.Babayev kampaniyanın Ermənistan tərəfdə ciddi narahatlıq doğurduğunu bildirdi:

"Bizə dəstək olanlar arasında bir neçə xəbər portalları da var. Onlar öz informasiya resurslarından petisiyanın bannerini yerləşdiriblər. Ancaq təəssüf hissi ilə qeyd etmək istərdik ki, KİV-lər və televiziya kanalları yetərincə petisiyaya dəstək göstərmirlər. Onu da deyim ki, petisiya artıq erməni tərəfində ciddi narahatlıq doğurur və Ermənistanın bəzi KİV-ləri bu təşəbbüsü şərh edirlər".

Xatırladırıq ki, petisiya 100 min səs toplandıqdan sonra BMT Təhlükəsizlik Şurasına ünvanlanacaq.

Aşağıdakı keçiddən istifadə etməklə petisiyanı dəstəkləmək olar.

1.https://secure.avaaz.org

2.https://secure.avaaz.org

Tarix
2015.02.06 / 15:05
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla