Yuxarı

Nazir diplomatları topladı, Qarabağdan danışdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir diplomatları topladı, Qarabağdan danışdı - Foto

Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə dekabrın 18-də cari ilin yekunlarına həsr olunan görüş təşkil edilib.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın 2019-cu il ərzində həyata keçirdiyi xarici siyasət və bu istiqamətdə əldə olunan nailiyyətlər barədə danışıb. Nazir əsas diqqəti ölkəmizin xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə ayırıb. O, ölkəmizin cari il ərzində davam etdirilən uğurlu xarici siyasətinin, o cümlədən həyata keçirilən yüksək səviyyəli səfərlərin, paytaxtımızda təşkil olunan beynəlxalq tədbirlərin, qəbul olunmuş mühüm sənədlərin və imzalanmış ikitərəfli razılaşmaların nəinki bölgəmizdə, həmçinin geniş beynəlxalq müstəvidə sülh və təhlükəsizliyin, davamlı inkişafın təmin olunmasına xidmət etdiyini deyib.

Nazir ikitərəfli münasibətlərin inkişafı istiqamətində diplomatik korpusun səylərini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinə və həmin ölkələrin dövlət başçılarına təbriklərini çatdırıb.

Tədbirdə diplomatik korpusun adından Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim çıxış edib. O, Azərbaycandakı diplomatik korpusun fəaliyyəti üçün yaradılan şəraiti yüksək dəyərləndirib.

Sonda Azərbaycanın diplomatik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tarix
2019.12.18 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla