“Ermənilər bilir ki, bu, onlara baha başa gələr”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanda son zamanlar anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür. İstər cəbhədəki gərginliklər, istərsə də Ermənistan Müdafiə Nazirliyindən müharibə xarakterli açıqlamalar verilməsinin özü İrəvandakı anti-Rusiya əhvali-ruhiyyəsini müharibə qorxusu ilə əvəzləmək məqsədi daşıyır".

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.

O, düşmənin əl atdığı təxribatlarının arxasında bir çox gizlin məqamların dayandığını bildirib:

"Atəşkəs düşmən istiqamətindən intensiv olaraq pozulursa, bu, daxildəki diqqəti cəbhə bölgəsinə yönəltməklə ermənilər arasında qorxu hissi yaratmaqdan irəli gəlir. Çünki son zamanlar Ermənistanda rus qoşunlarının bu ölkəni tərk etməsi ilə bağlı tələblər baş qaldırıb. Aydın məsələdir ki, bu, ölkə rəhbərliyinə heç bir halda sərf etmir. Belə bir məqamda vassal funksiyasını yerinə yetirən erməni iqtidarı rus qoşunlarının ərazilərindən çıxarılmaması naminə əhalidə qorxu yaratmaq üçün indi də müharibə ritorikasına əl atıb. Çünki əks təqdirdə indikindən də acınacaqlı vəziyyətə düşə bilərlər. Bundan əlavə, rublun aşağı düşməsi erməni dramını da qiymətdən salıb. Ümumiyyətlə, 2015-ci ildə Rusiya iqtisadiyyatını çox ağır günlər gözləyir. Bu, Ermənistandan yan keçməyəcək. İkinci bir səbəb isə sosial gərginliyi də arxa planda saxlamaqdan irəli gəlir".

Analitik Ermənistan Müdafiə Nazirliyinin bu tip açıqlamalarla hələ bundan sonra da çıxış edəcəyini bildirib:

"Burada məqsəd yenə də çökən ölkənin qabaran problemlərini diqqətdən yayındırmaq olacaq. Müxtəlif avantürist hərəkətlərə yol verən ermənilərin bu günə düşmələrinin səbəbi elə özləridir. Maraqlıdır, ermənilər rus qoşunları ilə bağlı tələblərində nə dərəcədə səmimidirlər? Axı onlar da bilirlər ki, bu onlara çox baha başa gələ bilər. Azərbaycanın gücündən isə çox yaxşı xəbərdardırlar. Faktiki olaraq bu gün Azərbaycanla Ermənistan arasında Rusiya faktoru var. Bunun aradan qaldırılması nəinki torpaqlarımızı tez bir zamanda geri qazandıra, eyni zamanda, bu, bizi daha da irəli apara bilər. Buna görə də indi ermənilərin anti-Rusiya əhvalının səmimiliyi şübhə doğurmaya bilməz".

Tarix
2015.02.09 / 09:19
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Səhiyyə “islahatı”: nə həkim var, nə şərait, yalnız “ölüm”...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

Bakını təhqir edən nadan, mədəniyyətsiz AŞPA prezidenti...

MM Fransa Assambleyasının qətnaməsinə etiraz etdi

İki ölkənin kəşfiyyat rəhbəri Bakıda… – Misilsiz hadisədir

Bayramov Şimali Kiprdən olan həmkarı ilə görüşdü

Türkiyəyə xəyanət və Əliyevin sərt addımı...

Gürcüstan prezidenti bu tarixdə Azərbaycana gəlir

Ermənilər buna hazır deyilsə, hansı sülhdən danışmaq olar?

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla