Yuxarı

Elmar Məmmədyarov iranlı nazir müavini ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov iranlı nazir müavini ilə görüşdü - Foto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin müavini, XİN-in Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpuru qəbul edib.

Axar.az Xarici İşlər Nazirlyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, H.Süleymanpur Azərbaycana səfərindən məmnun olduğunu qeyd edərək, ADA Universiteti ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdırıb.

O, ADA Universitetinin Azərbaycan və bütün region üçün əhəmiyyətli təhsil və təlim müəssisəsi olduğunu bildirib.

E.Məmmədyarov ADA Universiteti ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzi arasında imzalanmış anlaşma memorandumunun təhsil və təlim sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırıb.

Görüşdə tələbə mübadiləsi, birgə tədqiqatların aparılması və elmi konfransların keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2015.02.10 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla