Yuxarı

Zakir Həsənov qırğız nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov qırğız nazirlə görüşdü

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyevi qəbul edib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, cənab A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində A.Kudayberdiyevin rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, Qırğızıstanın Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında müdafiə, o cümlədən hərbi təhsil sahəsində əməkdaşlığın perspektivləri, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri general-polkovnik Z.Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Öz növbəsində qonaq dövlətlərimizin əlaqələrinin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını qeyd edib.

Sonra Azərbaycan-Qırğızıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qırğızıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Aycigit Buranov da iştirak edib.

Səfər fevralın 13-dək davam edəcək.

Tarix
2015.02.11 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla