18:23
Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında
sərəncam imzalayıb.
Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,
sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinə, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə
almaqla, bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək
tapşırılıb.
19:39
Prezident İlham Əliyev "Azərbaycan Polis Akademiyasının
əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" fərman
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Fərmanda qeyd edilir: ""Azərbaycan Polis Akademiyasının əyani
şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli
Fərmanı ləğv edilsin".
20:06
Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar
aşağıdakı kimidir:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli
518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi
***
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli
121 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi"ndə
dəyişikliklər edilməsi haqqında
***
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel
tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və
qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə
20:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr
tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında
dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları"nda
dəyişiklik edilməsi haqqında
***
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr
tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və
Radio Şurası haqqında
***
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli
560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də dəyişiklik edilməsi
barədə
***
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli
276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə
***
"Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə,
vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət
orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət
qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası
Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata
keçirilməsi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
21:22
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
***
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü
il 30 sentyabr tarixli 1039-IVQD nömrəli Qanununun tətbiqi və
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31
oktyabr tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
***
Prezident İlham Əliyev "Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1169-IVQD
nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin".