Yuxarı

Polşada Azərbaycana qarşı təxribat - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşada Azərbaycana qarşı təxribat - Video

Polşada Azərbaycana qarşı daha bir təxribat törədilib. Bəzi marketlərdə üzərində separatçı rejimin bayrağı olan məhsullar satışa çıxarılıb.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, bir müddət əvvəl Varşavada mağazaya daxil olan həmyerlimiz Elnur İbişov satışda olan məhsullardan birinin üzərində keçmiş separatçı rejimin bayrağının təsvir edildiyinin şahidi olub.

Elnur İbişov məhsulu Polşanın “Henry Studio” şirkətinin istehsal etdiyini öyrənib. Həmyerlimiz şirkətə faktlara əsaslanan şəkildə etiraz məktubu göndərib. Məktubda şirkətdən bu yanlışlığın düzəldilməsini, həmin təsvirin məhsuldan çıxarılmasını və gələcək nəşrlərdə Azərbaycanın ərazi bütövlüyünün düzgün əks etdirilməsini tələb edib.

Soydaşımız məhsulun satışa çıxarılmasına da etiraz edib və aidiyyəti qurumlara müraciət ünvanlayıb. Bildirilib ki, Polşada müvafiq tədbirlər görülüb, həmin məhsulun satışı dayandırılıb və dövriyyədən çıxarılacaq. İstehsalçı belə halın bir daha təkrarlanmayacağına təminat verib. Bu hadisə isə bir daha göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ həqiqətləri hər bir azərbaycanlı üçün həssas məsələdir. Belə hallara qarşı prinsipial mövqe nümayiş etdirmək tarixi ədalətin qorunmasına xidmət edir.

Tarix
2026.09.18 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla