Yuxarı

Bu ölkəni yalnız Türkiyə xilas edə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkəni yalnız Türkiyə xilas edə bilər

Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə parlamentinin Liviyaya hərbi yardım göndərilməsi ilə bağlı qərarını şərh edərkən deyib. O bildirib ki, Liviyanın mərkəzi hökuməti Türkiyədən hərbi dəstək gözləyir:

"Müxalif general Haftarın hərbi birlikləri paytaxt Tripoliyə yaxınlaşır. Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir. Ankara Tripoliyə dəstək verəcək, əks halda Haftar Liviyada nəzarəti tam ələ keçirəcək. Belə olan halda isə Liviya Aralıq dənizində formalaşan antitürkiyə blokuna (İsrail-Kipr Respublikası-Yunanıstan-Misir) qoşulacaq. Bu baş verməsin deyə, Türkiyə yaxın günlərdə hərbi birliklərini Tripoliyə göndərəcək. Açıq demək lazımdır ki, Tripolidə türkiyəli hərbi mütəxəssislər indi də var, sadəcə, əlavə güc lazımdır".

Ekspertin sözlərinə görə, Türkiyə Suriyadan sonra Liviyaya da hərbçilərini göndərməyə məcburdur:

"Cümhuriyyət Xalq Partiyası Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edərək deyir ki, “türk hərbçilərinin Suriyada və Liviyada nə işi var. Əlbəttə, Türkiyədə bu mövqeyi dəstəkləyənlər az deyil. Ancaq medalın başqa üzü də var. Türkiyə öz sərhədlərindən kənarda fəal olmasa, antitürk qüvvələr ətrafdakı boşluqları öz xeyirlərinə dolduracaqlar. Bu isə Türkiyənin bölgədəki imkanlarını məhdudlaşdıracaq. Avrasiya qaynayır, öz qınına çəkilən böyük güc demək olar ki, yoxdur".

Qeyd edək ki, Türkiyə parlamenti 325 lehinə, 184 əleyhinə olmaqla hərbi qüvvələrin Liviyaya müdaxiləsinə icazə verib.

Tarix
2020.01.03 / 08:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla