Yuxarı

ABŞ-ın İranın hücumuna cavabı nə olacaq? - Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın İranın hücumuna cavabı nə olacaq? - Zülfüqarov

Axar.az sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

– SEPAH-ın ABŞ-ın İraqdakı bazasına endirdiyi zərbə nəticəsində Pentaqonun təyyarəsi məhv edildi. İranın bu zərbəsini necə qiymətləndirirsiniz? Buna ehtiyac var idimi?

– Ehtiyac olub-olmadığını demək çətindir. İran dövlətinin həyata keçirdiyi siyasəti nəzərə alsaq, bu, gözlənilən bir addım idi. İranın hərbi imkanları o dərəcədə yüksək deyil ki, ABŞ ərazisinə hansısa zərbələr endirə bilsin. Qeyd etmək lazımdır ki, ABŞ tərəfinin zərbəsi və bunun nəticəsində İran generalının öldürülməsi heç də İran ərazisində baş verməyib. Bu baxımdan zərbənin İraq ərazisinə endirilməsi onu göstərir ki, həm İran rəhbərliyi, həm də ABŞ bunu aralarında gedən köhnə proksi müharibənin davamı kimi görürlər.

– Bundan sonra baş verənlər və İranın cavabı ciddi narahatlığa səbəb oldu. Bu, bölgədə eskalasiya yarada bilərmi?

– İndiki mərhələdə, təbii ki, münaqişənin daha yüksək səviyyəyə çıxması ehtimalı çox böyükdür. Raketlərin İraq ərazisinə atılması onu göstərir ki, İran bu və ya digər şəkildə məsələni proksi səviyyəsində, yəni bu və ya digər ölkəyə tabe olmayan hərbi birləşmələr səviyyəsində həll etmək istəyir. Onu da qeyd etmək lazımdır ki, Süleymani İran dövlətinin hərbi generalı idi, əməliyyatların arealı İrandan kənarda idi. Bu baxımdan İranın son zərbəsi, bir növ, proksi səviyyəsində olan münaqişənin davam etdirilməsi üçün işarə idi. Çox şey ABŞ-ın cavabından asılı olacaq. İran tərəfindən də rəsmi bəyanatın verilməsi gözlənilir. Bu bəyanatlardan sonra hansısa nəticələrə gəlmək daha asan olacaq.

– Rus mütəxəssisləri artıq ABŞ-ın mümkün nüvə zərbəsindən və qanadlı raketlərlə birbaşa İranın özünə zərbə endirmək ehtimalından danışır. Bu mümkündürmü?

– İranın müəyyən qədər açıq müharibədən çəkindiyi hiss olunur. Yenə də düşünürəm ki, tərəflərin yayacağı bəyanatlardan sonra hansısa daha əsaslı nəticəyə gəlmək olacaq.

Tarix
2020.01.09 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

Metropoliten rəisi vəzifəsinin məsuliyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla