Yuxarı

Əgər Tramp İranın noyabr ümidini də məhv etsə... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Şahin Cəfərli İranın nüvə sazişinin yeni müzakirəsindən imtina etməsi ilə bağlı danışarkən deyib. O, ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinin İranın bu məsələdəki mövqeyinə təsirindən bəhs edib:

“İranın nüvə müqaviləsinin öhdəliklərini yerinə yetirməkdən imtina etməsi yanlış olaraq nüvə sazişini tərk etməsi kimi başa düşülürdü. Amma İran nüvə sazişini tərk etməyib. Sadəcə olaraq, ABŞ sanksiyalarından sonra İran elan etdi ki, sanksiyalar ləğv olunmasa, o, mərhələli şəkildə sazişdəki öhdəliklərindən tədricən geri çəkiləcək. Artıq 5 mərhələ şəklində İran öz öhdəliklərindən geri çəkilib. Düşünürəm ki, İran noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyir. Tehran ümidlidir ki, həmin seçkilərdə demokratların namizədi qalib gələcək. Əgər demokratların namizədi qalib gələrsə, ABŞ böyük ehtimalla yenidən nüvə anlaşmasına qayıda bilər. Çünki bu razılaşmanı imzalayan demokrat hökuməti idi. İran seçkilərə qədər gözləmə mövqeyi tutub. Çox güman ki, İran sazişdən çıxmayacaq, amma Trampın tələblərini də qəbul etməyəcək”.

Politoloq İranın nüvə silahına yiyələnə biləcəyi ilə bağlı deyilənlərə də münasibət bildirib:

“İranın nüvə silahı yaratmaq niyyəti aydındır. Bu, heç kim üçün sirr deyil. İmzalanan nüvə anlşaması da İranın nüvə fəaliyyətlərini qadağan etmir. İranın nüvə fəaliyyətinə davam etməsinə icazə verilirdi. Sadəcə, razılaşmada nüvə silahı yaratmaq üçün zəruri olan materialların - uranın plutoniumun və ağır suyun azaldılması nəzərdə tutulurdu ki, İran yaxın gələcəkdə nüvə silahı yarada bilməsin. Əslində, həmin saziş də bu problemi həll etmirdi, təxirə salırdı. Əlverişli bir vəziyyət yaranarsa, İran nüvə silahı yaratmaq cəhdlərinə davam edəcək. Düşünürəm ki, hansı hökumətin olmasından asılı olmayaraq, ABŞ, eyni zamanda İsrail İranın nüvə silahı yaratmasına imkan verməyəcək. İran əgər doğrudan da nüvə silahını yaratmağa çox yaxınlaşarsa, onun nüvə obyektlərinin bombalanması ehtimalı çox yüksəkdir”.

Ş.Cəfərlinin sözlərinə görə, seçkilərdə demokratlar qalib gəlsə belə, bu, onların İranın mövqeyi ilə razılaşacağı anlamına gəlmir:

“Hələ ki, demokratların namizədləri arasında nüvə sazişi ilə bağlı fikirlərinə rast gəlməmişəm. Bundan sonra demokratların diskussiyalarında bu mövzu aktuallaşa bilər. Hələ bilinmir ki, demokratlar köhnə sazişə qayıdacaqlar, yoxsa yeni tələblər irəli sürəcəklər. Çünki demokratlar daxilində də fikir ayrılıqları var. Heç də bütün demokratlar daxili və xarici siyasət məsələləri ilə bağlı eyni fikirdə deyil. Onların arasında müxtəlif ideoloji istiqamətlər var. Ona görə demokratların namizədlərinin şəxsiyyəti də bu məsələdə önəmli olacaq”.

Politoloq Trampın ikinci dəfə prezident seçiləcəyi təqdirdə İranın masaya oturmasını istisna etməyib:

“Çünki Trampın yenidən seçilməsi İrana qarşı təzyiqlərin davam etməsi, sanksiya siyasətinin daha da ağırlaşması deməkdir. İranın isə bu sanksiyalara dözüm limiti tükənməkdədir. Avropa ilə Rusiya da bu məsələdə maraqlı olacaq ki, İran və ABŞ, o cümlədən Çin masaya otursunlar”.

Qeyd edək ki, İran generalı Qasım Süleymaninin ABŞ tərəfindən sui-qəsdlə öldürülməsindən sonra İran nüvə razılaşmasındakı öhdəliklərinin heç birini yerinə yetirməyəcəyini açıqlayıb.

Tarix
2020.01.17 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla