Yuxarı

3 yaşlı uşağı vəhşicəsinə döyən atalığı saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 yaşlı uşağı vəhşicəsinə döyən atalığı saxlanıldı

11:40

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində baş verib.

2023-cü il təvəllüdlü Ə.Ə. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Uşağa ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, valideynlər uşağın yaşıdları ilə oynayarkən xəsarət aldığını bildiriblər. Araşdırma zamanı isə 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü müəyyənləşib.

Aidiyyəti qurumlar uşağın səhhəti və təhlükəsizliyini nəzarətə götürüblər.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəranda 3 yaşlı uşağa qarşı zorakılıq edərək ona ciddi xəsarətlər yetirməkdə təqsirləndirilən atalıq Qismət Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə Report-a DİN-dən məlumat verilib.

Hazırda araşdırmalar davam etdirilir.

Tarix
2026.09.25 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla