Yuxarı

İlham Əliyev və xanımı imzalama mərasimində

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev və xanımı imzalama mərasimində

Bakıda "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi başlayıb.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra dövlət və hökumət başçıları iştirak edirlər.

"Şahdəniz 2"-nin təsdiq edilməsi layihənin konsepsiyadan bilavasitə reallaşdırılması mərhələsinə keçid deməkdir.

"Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları aşağıdakılardır: "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.
"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

"Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.

Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.

Xatırladaq ki, "Şahdəniz"in işlənməsi üzrə konsorsium iyun ayının sonunda qazın Avropa bazarlarına tədarükü üzrə marşrut qismində Trans-Adriatik boru kəmərini (TAP) seçib.

TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək.

Tarix
2013.12.17 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla