Yuxarı

Ramiz Mehdiyev Məmmədova yüksək vəzifə verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyev Məmmədova yüksək vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Elton Məmmədovu AMEA-nın İşlər idarəsinin müdiri təyin edib.

Axar.az xəbər verir ki, texnika elmləri doktoru, professor Elton Məmmədov bu gün AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov çıxışında professor Elton Məmmədovun zəngin həyat və iş təcrübəsinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətə malik olduğunu bildirib və onun yeni şəraitdə İşlər idarəsinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib, alimə yeni işində uğurlar arzulayıb.

Sonda İşlər idarəsinin müdiri Elton Məmmədov ona göstərilən yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Tarix
2020.01.17 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla