Yuxarı

Makronun İlham Əliyevə zənginin səbəbi... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronun İlham Əliyevə zənginin səbəbi... - Politoloq

Nəzərə almaq lazımdır ki, Azərbaycan Fransa üçün regionda önəmli bir tərəfdaşdır.

Bu sözləri politoloq İlqar Vəlizadə Fransa Prezidenti Emmanuel Makronun yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon zəngi etməsi və Fransa-Azərbaycan münasibətləri barədə Axar.az-a danışarkən deyib. O bildirib ki, bir müddət qarşılıqlı münasibətlərdə durğunluq hiss olunsa da, hazırda Azərbaycanla Fransa arasında münasibətlər yüksək səviyyədədir:

“Düşünürəm ki, Fransa Prezidenti Emanuel Makronun son zamanlar Azərbaycana maraq göstərməsi heç də təsadüfi deyil. Ümumiyyətlə, ölkələr arasında münasibətlərə təsir edən çox amil var. Bu münasibətlərə təsir edən ən önəmli amil qarşılıqlı maraqlardır. Fransa hər il Azərbaycana kifayət qədər ciddi məbləğdə investisiya yatırır. Bunun ən bariz nümunəsi Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında Fransanın “Total” şirkətinin göstərdiyi dəstəkdir. Digər tərəfdən Azərbaycan ilə Fransa arasında “Abşeron2 neft yatağının birgə işədilməsi kimi bir razılaşma var. Onu da deyim ki, bu layihə regionun enerji təhlükəsizliyi baxımından olduqca böyük önəm kəsb edir”.

Politoloq Fransa Prezidenti Emanuel Makronun Prezident İlham Əliyevə telefon açmasını 28-20 yanvar aralığında Qarabağla bağlı aparılan intensiv danışıqlar fonunda da qiymətləndirib:

“Təbii ki, Fransa da həmsədr ölkə olaraq münaqişənin həlli istiqamətindəki müzakirələrə öz dəstəyini hiss etdirməyə çalışır”, - deyə o bildirib.

Tarix
2020.01.31 / 08:15
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla