Yuxarı

İraq millət vəkili İlham Əliyevə məktub yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraq millət vəkili İlham Əliyevə məktub yazdı

İraq Kürdüstan hökumətinin sabiq mədəniyyət naziri Axar.az-a məktub göndərib. Hazırda Ərbil şəhərində İraq Türkman Dərnəyinin rəhbəri, millət vəkili olan Cövdət Nəccar Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Eks-nazir İ.Əliyevdən Ərbildə səfirlik açılmasını xahiş edib. Onun sözlərinə görə, səfirlik açılması İraq türkmanları ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirə bilər:

"Biz Azərbaycana getmək üçün çətinlik çəkirik. Viza almaq problemi yaranır. İraq Kürdüstanında 27-28 ölkənin səfirliyi var. Rusiyanın, Türkiyənin səfirlikləri fəaliyyət göstərir. İraqın Azərbaycanda səfiri var. Amma Azərbaycanın burada yoxdur".

C.Nəccar qeyd edib ki, iş adamları Ərbildə biznes qura bilər:

"Biz cənab Prezident İlham Əliyevdən rica edirik ki, bu məsələyə baxsın. Hörmətli millət vəkili Qənirə Paşayeva da bu məsələni qaldırmışdı. Səfirlik olsa, gedib-gəlmək, ünsiyyət qurmaq imkanlarımız daha da genişlənə bilər. İş adamlarınız burada gəlib iş qura bilərlər, türkmanların problemləri daha çox qabardılar".
Yada salaq ki, Azərbaycanda nəşr olunan "Diplomat" qəzetinin kürd əsilli baş redaktoru Tahir Süleyman da prezidentə və Xarici İşlər Nazirliyinə müraciət edib. O, prezidentin səfirlik açılması haqda sərəncamı olduğunu və icra edilmədiyini nazirliyin diqqətinə çatdırıb. XİN-dən isə bildirilib ki, İraqda qeyri-sabit vəziyyətin olması, terrorun mövcudluğu səfirlik açılması işini gecikdirir.

Tarix
2015.02.20 / 22:24
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla