Yuxarı

Azad Rəhimov macarıstanlı nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad Rəhimov macarıstanlı nazirlə görüşdü

"Bakı-2015" I Avropa Oyunlarının təqdimat mərasimi ilə əlaqədar Budapeştdə olan Azərbaycanın gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov Macarıstanın xarici işlər və ticarət naziri, Macarıstan-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb.

Bu barədə Report-a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Azad Rəhimov bildirib ki, Avropa Oyunlarında qitənin 50 milli olimpiya komitəsinin bayrağı altında 6 mindən çox idmançı 20-dən çox növ üzrə öz qüvvələrini sınayacaqlar. Sonuncu Soçi Qış Olimpiya Oyunlarında cəmisi 2700 idmançının iştirak etdiyini xatırladan nazir "Bakı-2015"in miqyasına, iştirakçılarının sayına və populyarlığına görə Olimpiya oyunlarından qətiyyən geri qalmadığını xatırladıb.

Son bir neçə il ərzində dəfələrlə respublikada olan Piter Siyyarto ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın bu mühüm idman bayramının səviyyəsini çox yüksəyə qaldırdığını və Bakıdan sonra həmin səviyyəni qoruyub saxlamağın o qədər də asan olmayacağını bildirib. O, digər sahələrlə bir sırada idman sahəsində də Azərbaycan-Macarıstan əlaqələrinin böyük imkanlarının olduğunu xatırladıb və 2024-cü ildə növbəti Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürən Budapeştin qalib gələcəyi təqdirdə Bakının təcrübəsindən çox şey öyrənəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov da iştirak ediblər.

Tarix
2015.02.21 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla