Yuxarı

Qarabağ məsələsi Putinin diqqət mərkəzindədir - Rudenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal vasitəçi mövqe tutub. Bu uzun sürən münaqişənin həllində tərəflərə kömək etmək şərtsiz xarici siyasət prioritetlərimizdən biridir.

Report xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsi Rusiya prezidentinin, Xarici İşlər Nazirinin diqqət mərkəzində qalmaqdadır:

“Bu durum həyata keçirilən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir, onun nəticələrinə artan diqqəti müəyyənləşdirir”.

“Ölkəmizin vasitəçilik səyləri yolundakı mühüm mərhələ 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllini ifadə edən Moskva Bəyannaməsinin qəbulu oldu. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı altında Azərbaycan və Ermənistan liderlərinin imzası olan ilk və hələ ki yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın baş qərargah rəislərini Moskvaya dəvət etməklə 2016-cı ildəki genişmiqyaslı hərbi əməliyyatların sona çatdırılmasında həlledici rol oynayıb”, - A.Rudenko vurğulayıb.

XİN başçısının müavini xatırladıb ki, ötən ilin aprel ayında Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib və bu görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edib:

“Görüş zamanı nizamlama mahiyyəti üzrə danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər işlənib hazırlanıb. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi ilə bağlı tədbirlər var. Media nümayəndələrinin qarşılıqlı səfərləri razılışdırılıb, tənzimləmə ilə bağlı bəzi “düyün” məsələlər nəzərdən keçirilib. Bu təkliflərin bəziləri artıq həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. İrəvanla Bakı arasında rabitə xətti mövcuddur. Jurnalistlər qarşılıqlı səfərlər ediblər. Əsirlikdə saxlanılan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıb. Digər məhbuslar üzrə iş davam edir. Hesab edirik ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamaq üçün konkret addımlar atmaq niyyətindən xəbər verir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədəki son görüşündə də bu barədə müzakirə aparıldı. Tərəflər güzəştli həll axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu ab-havanı dəstəkləyirik. İşin davam etdirilməsi üçün əsas var. Əsas siyasi iradə göstərməkdir”.

Tarix
2020.02.11 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla