Yuxarı

“Abbasovun bu sözləri insanlığa yaraşmır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Abbasovun bu sözləri insanlığa yaraşmır”

"Mən onun dediklərini qəbul etmirəm. Abbas Abbasovu çox gözəl tanıyıram, uzun müddət bir yerdə işləmişik, onun səviyyəsinə də heç vaxt şübhəm olmayıb. Amma Azərbaycan əhalisinin guya ancaq alverlə məşğul olduğunu demək bizim millətimizə, əqidəmizə yaraşan məsələ deyil".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Abbas Abbasov "Musavat.com"a verdiyi geniş müsahibədə Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun azərbaycanlıların qanlarında alverçilik olması fikrinə münasibət bildirərkən deyib. Millət vəkilinin fikrincə, azərbaycanlıların ticarəti, biznesi çox yaxşı bilməsi sirr deyil:

"Rusiyanın özündə, digər xarici ölkələrdə iri ticarət müəssisələri yaradan xeyli azərbaycanlılar var. Amma alver söhbəti bu milləti aşağılamaq üçün ortaya atılıb".

Müsahibəni orijinaldan oxumadığını qeyd edən V.Əhmədov tərcümə xətasını da istisna etməyib:

"Ancaq kimliyindən asılı olmayaraq, ümumən belə ifadə işlətməyi doğru saymıram. Nə fikirləşib, nə mənada işlədib, deyə bilmərəm, ancaq o səviyyəli adam o sözü işlətməməlidir. Siyasətdə olan, uzun müddət Azərbaycanda yaşamış, yüksək vəzifə tutmuş bir adam o sözləri işlətməməlidir".

Ümumiyyətlə, Abbas Abbasovun mövqeyini anlamadığını deyən millət vəkili bildirib ki, xidmətlərindən daha yüksək münasibət görməsinə baxmayaraq, onun hazırkı mövqeyi anlaşılan deyil:

"Dövlətin bu səviyyədə etimadını görmüş, xidmətindən də artıq dəyər verilmiş bir adamın öz dövlətinə, millətinə qarşı belə bir fikir işlətməsi insanlığa yaraşan məsələ deyil. Açıq danışaq, mən Azərbaycan üçün heç də Abbas Abbasovdan az iş görməmişəm. Hətta həyatımı da riskə qoymuşam, Azərbaycanın müstəqilliyi məsələsində, elə Quba hadisələrində. Amma mən öz qiymətimi almamışam. Düzdür, mən buna heyfslənmirəm, hər yerdə də Azərbaycan hökumətini, dövlətini, prezidentini müdafiə edirəm ki, Azərbaycanın müstəqilliyi qorunub saxlanılsın, mənim əqidəm budur".

Tarix
2015.02.22 / 17:49
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

Ruben Vardanyana hökm oxundu

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla