Yuxarı

Əliyevlə debatda Paşinyan sarsıldı - Zakaryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə debatda Paşinyan sarsıldı - Zakaryan

Münhendəki Paşinyan-Əliyev debatı məni məyus etdi.

Axar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş Müdafiə naziri Artak Zakaryan öz feysbuk səhifəsində yazıb. O, Ermənistanın Baş naziri Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə uduzduğunu deyib:

“Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər - bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı.

Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi”.

Keçmiş nazir hesab edir ki, Paşinyan İlham Əliyevin fikirlərinə tam cavab verə bilməyib:

“Birtəhər Düşənbə haqqında danışdı. Buna hətta Məmmədyarov da güldü. İlham Əliyev bizə öz müqəddəratımızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?”

Tarix
2020.02.16 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla