Yuxarı

Əliyev şahin, Nikol isə göyərçin kimi... - Erməni KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında dünən Münhen Təhlükəsizlik Konfransında baş tutan panel müzakirələri həm Azərbaycanda, həm Ermənistanda geniş müzakirələrə yol açıb.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin 45 dəqiqəlik müzakirələr zamanı Paşinyandan daha arqumentli danışması, onun üzərində psixoloji üstünlük əldə etməsi Ermənistan mətbuatının hədəfinə çevrilib.

Ölkənin “Tert.am” saytı bir neçə aparıcı ekspertin iştirakı ilə debatlarda Paşinyanın və İlham Əliyevin arqumentlərini incələyib.

“İlham Əliyevin özünü aparması, periodik olaraq Paşinyanın çıxışlarına təbəssümü, bəzən isə açıq şəkildə gülməsi müharibədə məğlub olan tərəfin biz olduğu təəssüratı yaradırdı. Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nikol Paşinyana güldü və bu nazirin hökumət rəhbərimizə, həm də dövlətimizə hörmət etmədiyinin göstəricisi idi. Əslimdə özü ilə bu cür davranmağa şərait yaradan Paşinyan bu vəziyyətə görə təqsirkardır.

İndi təsəvvür edirsiniz bağlı qapılar arxasında nələr baş verir? Münhendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir.

Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan görünür ki, buna hazır deyildi və mənasız “münaqişə hər üç xalqın :Azərbaycan, Ermənistan və Qarabağ maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi.

Tarixi mübahisələri kənara qoysaq, Əliyev növbəti dəfə danışıqlar tələbini açıq ortaya qoydu, Paşinyan isə növbəti dəfə yox...

Rəsmi Bakı Qarabağı öz tərkibində görmək, Şuşa və digər yaşayış məntəqələrini qaytarmaq istəyir. Bütün bunlara Əliyev mərhələli həll variantını: ətraf 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını və s. istəyir.

Paşinyan isə İlham Əliyevin şahin kimi göründüyü müzakirələrdə Qərbin dəstəyini almaq üçün özünü sülh göyərçini kimi təqdim edirdi. Amma bu çox təhlükəli oyundur, xüsusən Münhendə”-deyə məqalədə deyilir.

Sonda Paşinyanın baş nazir statsuna layiq olmadığı və bu məsuliyyəti dərk etmədiyi əlavə olunub.

“Beynəlxalq auditoriya qarşısına demokrat imici ilə çıxan Paşinyan növbəti dəfə sübut etdi ki, dövlət başçısı üçün tikilən kostyum onun əyninə böyükdür”.

Tarix
2020.02.16 / 21:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla