Yuxarı

Türkiyə ağır zərbələr endirir: Əsəd üçün yeganə yol... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya münaqişəsi başladığı gündən etibarən Türkiyənin proseslərə mövqeyi konkret olub. Hətta Türkiyənin NATO və ABŞ-la ilk fikir ayrılıqları da məhz bu zaman ortaya çıxmışdı. ABŞ və NATO Suriyada siyasi gərginliyin səbəbini İŞİD-də gördüyü halda, Türkiyə problemlərin kökünün Əsədlə bağlı olduğunu bildirirdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İdlibdə hər an əməliyyatların bərpa ediləcəyi açıqlamasının ardından Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Bəşər Əsəd ordusunun mövqelərini vurması barədə danışarkən deyib. O vurğulayıb ki, hazırda Suriyanın Türkiyə ilə münaqişəni hərbi müstəvidə aparması real görünmür:

“Türkiyənin İdlibdə hərbi əməliyyatlara yenidən başlamasının əsas səbəbi buranın ciddi strateji əhəmiyyətə malik olmasıdır. Belə ki, İdlibə nəzarət Suriyanın şimal və mərkəzi vilayətlərinə nəzarət etmək deməkdir. Bu mənada Türkiyənin mövqeyini başa düşmək olar. Düşünürəm ki, qarşıdakı günlərdə tərəflər arasında silahlı qarşıdurmaların aktivləşməsi və toqquşmaların intensivliyini müşahidə edə biləcəyik. Türkiyənin heç bir halda güzəştə getmək niyyəti yoxdur. Bu, milli maraqlar çərçivəsindən doğru olmazdı. Türkiyə Suriya münaqişəsində faktiki olaraq tək qalıb. Nəzərə almaq lazımdır ki, Türkiyə eyni zamanda Liviya münaqişəsinə də diqqət etməlidir. Türkiyənin Suriyadakı varlığının tək səbəbi öz milli təhlükəsizliyini qorumaq istəməsidir. Digər tərəfdən bu gün Türkiyə sərhədinə çoxsaylı miqrant axını da baş verir. Türkiyə bu səbəbdən İdlib ətrafında öz təhlükəsizliyi baxımından bufer zonalar yaradıb və beləliklə, bölgəyə nəzarət edir. Düşünürəm ki, Suriyada güclü hakimiyyət qurulsa, regionda sabitlik bərpa oluna bilər. Prinsip etibarilə Türkiyənin mövqeyi bu baxımdan doğrudur. Əslində, Türkiyə buna nail olurdu, lakin siyasi proseslərin günü-gündən qəlizləşməsi bu məsələnin uzanmasına gətirib çıxartdı”.

Politoloq bildirib ki, Suriyada bundan sonra baş verəcək siyasi prosesləri öyrənmək üçün Ankara-Moskva-Tehran danışıqlarını izləmək lazımdır:

“Suriya ətrafında gedən siyasi proseslərin həll olunmamasının ən önəmli səbəbi Rusiya və İranın Əsədə dəstək verməsidir. Digər bir səbəb İran və Rusiyanın lazımi dərəcədə bu məsələyə diqqət etməməsidir. Düzdür, Türkiyə, Rusiya və İran Suriya məsələsində ortaq çalışsalar da, bu da öz növbəsində uğursuz bir plan idi. Təəssüf ki, Ankara- Moskva-Tehran birliyi xarici təsirlərin diktəsi ilə formalaşan birlikdir. Diqqətlə baxsaq, görə bilərik ki, bu üçlüyün Yaxın Şərqdə maraqları üst-üstə düşmür. İdlib bu məsələdə çox həlledici katalizator oldu”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Bəşər Əsəd ordusunun mövqelərini vurmağa davam edir. Türk ordusu rejim qüvvələrinin Həma və Lazkiyə bölgəsindəki bir çox hərbi bazalarına raket zərbələri endirib.

Tarix
2020.02.21 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla