Yuxarı

Pakistanda Xocalı ilə bağlı mühüm seminar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanda Xocalı ilə bağlı mühüm seminar

Fevralın 25-də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Pakistanın Lahor Universitetində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı seminar keçirilib.

Axar.az xəbər verir ki, tələbələrin, ekspertlərin və QHT nümayəndələrinin qatıldığı seminar Pakistanın Gənclərə Dəstək Şəbəkəsi (GDŞ) və Lahor Universitetinin birgə təşkilatçılığı və İslam Əməkdaşlıq Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) dəstəyi ilə baş tutub.

GDŞ-nin Tədqiqatlar və İctimai Əlaqələr üzrə nümayəndəsi Momnah Əsəd Xocalı faciəsi və 2009-cu ildən etibarən aparılan “Xocalıya ədalət!” kampaniyası haqqında geniş təqdimatla çıxış edib.
Lahor Universitetinin Sosial elmlər fakültəsinin dosenti Təhminə Aslan bildirib ki, bəşəri təhdidlərlə mübarizə aparmaq və dünyada ədaləti, sülhü bərqərar etmək üçün təcavüzlərə və hərbi cinayətlərə qarşı ciddi mübarizə aparılmalıdır.

Azərbaycan diasporunun Lahordakı nümayəndəsi və Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təmsilçilik hüququ verilən Şəhla İsayeva Pakistanın Xocalı soyqırımını dövlət səviyyəsində tanıyan ölkə olduğunu xatırladıb.

Beynəlxalq Kəşmir Lobbi Qrupunun nümayəndəsi Zaman Bacva çıxışında bildirib ki, Xocalı faciəsi bəşəriyyətin yaddaşında daim qalacaq.

İƏGF-ARM-nin İdarə Heyətinin üzvü və GDŞ-nin rəhbəri Fsahat Ul Hassan seminara yekun vuraraq beynəlxalq təşkilatların, müvafiq QHT-lərin bu faciəyə biganə qalmamalarını, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən istər hüquqi, istərsə də mənəvi müstəvidə tanınmasının vacibliyini vurğulayıb.

Tarix
2020.02.26 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla