Yuxarı

Bu ASC-lər özəlləşdirilməli, dövlət yükdən xilas olmalıdır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz BAXCP olaraq uzun illərdir təkidlə hökuməti özəlləşdirmə həyata keçirməyə çağırırıq. Böyük miqyasda dövlət əmlakını özəlləşdirmədən Azərbaycanda Qərb dövlətlərində olduğu kimi güclü, rəqabətə davamlı iqtisadiyyat qurmaq mümkün olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri mediaya geniş müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, 70 illik sosialist-təsərrüfat sistemi dövlət mülkiyyətindəki müəssisələrdə mənimsəmənin yüksək olduğunu, yeni texnologiyaların tətbiqində rəhbərliyin o qədər də maraqlı olmadığını təsdiqlədi:

“Mənim seçildiyim Xətai rayonunda, dəniz kənarında 18 hektar ərazidə yerləşmiş, müstəqillik dövründə fəaliyyətini dayandırmış Hacı Zeynalabdin Tağıyev adına böyük toxuculuq kombinatı var. Sovet dönəmində orada 7 minə qədər insan çalışıb. İndi onillərdi qapıları bağlanıb. Bu tipli müəssiələri bərpa etmək, yeni iş yerlərinin açılması və böyük investisiyalar qarşılığında cüzi qiymətlərlə özəlləşdirmək lazımdır. Əgər investorun vəsaiti yetmirsə, hətta ona güzəştli şərtlərlə uzunmüddətli kreditlər də vermək olar. Hər il büdcədən pul ayırdığımız iri dövlət şirkətlərinin, açıq və qapalı cəhmdar cəmiyyətlərin bəziləri özəlləşdirilməli, bəziləri isə ciddi investisiya qoyuluşu qarşılığında bu istiqamətdə təcrübəsi olan xarici şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir. Olimpiya kompleksləri, səhiyyə və ali təhsil müəssiələrinin əhəmiyyətli hissəsi özəlləşdirilməlidir. Ağır maliyyə yükündən və korrupsiyadan qurtarmağın, büdcə gəlirlərini artırmağın tək yolu budur”.

Millət vəkili qeyd edib ki, böyük işçi qüvvəsinin çalışdığı tikinti sektorunu canlandırmaq üçün tikintiyə icazə şərtləri də xeyli sadələşdirilməlidir:

“Sahibkarlara yönələn bütün qanunsuz tələblər aradan qaldırılmalı, onlar yalnız satdıqları əmlakdan götürdükləri mənfəətə görə vergi ödəməlidirlər. Yalnız bu halda Azərbaycandan qaçmış tikinti şirkətləri geri dönə bilər.

Azərbaycanda səhmlərin satıldığı normal birja fəaliyyəti təmin olunmalıdır. Vergi və gömrük rüsumları elə tənzimlənməlidir ki, sahibkarlar malın idxal dəyərini azaltmaqda və vergidən yayınmaqda maraqlı olmasınlar. Kölgə iqtisadiyyatının qarşısını almaq üçün nağdsız ödənişlərə keçilməlidir. İri və nüfuzlu xarici bankları ölkəyə cəlb edib rəqabət mühiti yaratmaqla aşağı faizlə kreditlərin verilməsini təmin etməliyik. Neft Fondundan 2 milyard dollar götürüb yerli banklarda yerləşdirməliyik. Xarici investisiyanın cəlbi üçün əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulmalıdır. Bir sözlə, bazar iqtsadiyyatına tam keçid təmin olunmalı, proteksionizmə son qoyulmalı, güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Yalnız bu yolla biz rəqabətə davamlı və dayanıqlı iqtisadiyyat qura bilərik”.

Tarix
2020.03.22 / 13:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla