Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 May 2020


İlham Əliyev doğru qərarlar qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixin müxtəlif dövrlərinə nəzər saldıqda xalqların və dövlətlərin taleyini, dünya siyasi arenasında yerini və rolunu müəyyən edən strateji amillər sırasında lider faktorunun həlledici olduğunu görürük. Liderlik ayrıca siyasi fenomendir. Güclü, qətiyyətli, öz fəaliyyətində xalqının mənafeyini və dövlətinin maraqlarını əsas götürən lider milli tərəqqi və həmrəyliyin qarantı qismində çıxış edir. Bu kontekstdə çoxsaylı faktlar mövcud olsa da, Azərbaycan təcrübəsi müsbət örnək - tarixi nümunə kimi səciyyələndirilə bilər.

Lider amili: Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu və inkişafını təmin edən həlledici faktor

XX əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycanın dünyanın siyasi xəritəsində suveren dövlət kimi mövcudluğu, inkişafı və yüksəlişi bilavasitə lider amili ilə bağlıdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş respublikamızın ilk iki ildə xaos, anarxiya, böhran, vətəndaş qarşıdurması kimi tənəzzül mənbəyi olan mənfi hallarla qarşılaşması tarixi fakt və bariz reallıqdır. Hələ o zaman Azərbaycanın müstəqilliyini itirəcəyini, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinəcəyini düşünənlər, mənfi ssenarilər əsasında proqnoz verənlərin sayı az deyildi. Lakin müdrik Azərbaycan xalqı çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik, hələ SSRİ dövründə respublikamızı tərəqqi yoluna çıxarmış, milli mənsubiyyəti qürur mənbəyinə çevirərək həmrəyliyi təmin etmiş böyük dövlət xadimi Heydər Əliyevə üz tutmaqda gördü.

Həmin tarixi dönəmdə baş verənlər və sonrakı proseslər, eləcə də indiki reallıqlar xalqımızın yanılmadığını, tamamilə doğru seçim etdiyini təsdiqlədi. Çünki dünyaşöhrətli dahi siyasətçi Heydər Əliyev ona olan ümidləri doğrultdu. Böyük dövlət xadimi uğurlu daxili və xarici siyasət kursu ilə Azərbaycanı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxardı, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişini təmin etdi, nəticədə respublikamız dünya siyasətində etibarlı tərəfdaş - nüfuzlu və qüdrətli dövlət kimi tanınmağa başladı. Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı.

Qüdrətli dövlətin qətiyyətli lideri

Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. İnkaredilməz reallıqdır ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazanaraq möhtəşəm zirvələr fəth edir.

Prezident İlham Əliyev "İnkişafın Azərbaycan modeli" adlı milli fenomenin müəllifidir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

Qlobal trendlər və çağırışların düzgün qiymətləndirilməsi, uzaqgörən siyasət həyata keçirilməsi ölkəmizin inkişafının davamlı olmasını şərtləndirdi

Cənab İlham Əliyev islahatçı Prezident, dövlətinin maraqlarını hər şeydən üstün tutan qətiyyətli lider olmaqla yanaşı, dünyada uzaqgörən siyasi xadim kimi tanınır. Bunu təsdiq edən çoxsaylı nümunələr vardır. Hələ illər öncə dünya ölkələrini cənginə almış qlobal iqtisadi-maliyyə böhranı hətta inkişaf etmiş dövlətləri də çıxılmaz vəziyyətə saldığı vaxtda Azərbaycan dayanıqlı - dinamik inkişafını davam etdirdi, yeni uğurlar qazanaraq öz qüdrətini daha da artırdı. Bu, şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən vaxtında düzgün, milli maraqlara və qlobal çağırışlara uyğun qərarların qəbul edilməsi nəticəsində mümkün olmuşdu. Başqa bir nümunəyə nəzər salaq: bu il ölkəmizdə hərtərəfli - kompleks və sistem xarakterli islahatlar strategiyasının reallaşdırılması fonunda növbədənkənar parlament seçkiləri keçirildi. Dünya ölkələrinin nümunəsində görürük ki, qlobal iqtisadi böhran meyilləri, neftin qiymətinin aşağı düşməsi və yeni növ koronavirus infeksiyasının pandemiyaya çevrilməsi fonunda inkişaf etmiş ölkələr belə ciddi sosial-iqtisadi problemlərlə üzləşiblər, mühüm ümummilli kütləvi tədbirləri, hətta seçkiləri də təxirə salmaq məcburiyyətində qalıblar. Azərbaycan isə belə hallarla üzləşmədi, çünki uzaqgörən siyasi xadim, Prezident İlham Əliyev qlobal çağırışlar və trendləri, mövcud tendensiyaları düzgün qiymətləndirərək vaxtında doğru qərarlar qəbul etdi.

Hələ illər öncə bəziləri neftin, enerji resurslarının qiymətinin aşağı düşəcəyi halda, Azərbaycanı xoşagəlməz ssenarilər və proseslərin gözlədiyini iddia edir, mənfi proqnozlar verirdilər. Amma bu gözləntilər və ehtimallar reallığa çevrilmədi. Çünki Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə zamanında iqtisadiyyatın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımların atılması yeni mərhələdə iqtisadi inkişafın təkanverici qüvvəsinə çevrildi. Neft gəlirlərindən səmərəli istifadə olunması nəticəsində mühüm sosial təşəbbüslər və layihələr reallaşdırıldı, bu isə insanların rifahının yüksəlməsini şərtləndirdi. Eyni zamanda, istər paytaxt Bakıda, istərsə də regionlarda infrastrukturun yenilənməsi - məktəblərin, səhiyyə müəssisələrinin, körpülərin tikilməsi, yolların çəkilməsi və digər işlər ölkəmizin simasının yenilənməsi, əhalinin layiqli həyat şəraitinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Paralel olaraq qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi, Azərbaycanın liderliyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Cənub Qaz Dəhlizinin reallaşdırılması, “Azəri”, “Çıraqlı” və “Günəşli” yataqlarının istismar müddətinin uzadılması postneft erasına hazırlıq çərçivəsində xüsusi önəm kəsb etməklə yanaşı, ölkəmizin dinamik inkişafına əlavə təminat - mühüm töhfə idi. Beləliklə, neftin qiymətinin aşağı düşməsi, dünya enerji bazarında durğunluq yaranması halında belə, Azərbaycan qarşıya qoyduğu strateji məqsədləri reallaşdırmaq iqtidarında, bütün sosial layihələri icra etmək gücündədir. Bunu təmin edən strateji amil isə Azərbaycan Prezidenti İlham Əliyevin qlobal iqtisadiyyata, dünya siyasətinə, ölkələrin vəziyyətinə təsir edən prosesləri düzgün proqnozlaşdırması, mövcud çağırışlara uyğun uzaqgörən siyasət həyata keçirməsi, gələcəyə yönəlik qərarları zamanında qəbul etməsidir. Bütün bunlar qüdrətli ölkənin qətiyyətli Lideri, möhtərəm Prezident İlham Əliyevin öz xalqı və dövləti qarşısındakı ən mühüm xidmətlərindən, Azərbaycanın isə tarixi nailiyyətlərindən biridir.

Azərbaycan xalqı öz liderinə güvənir: ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal sınaqdan uğurla çıxacaq

Sadaladıqlarımız belə bir qəti əminlik ifadə etməyə əsas verir ki, Azərbaycan dövləti müxtəlif qlobal kataklizmlərin yaratdığı hər cür mürəkkəb situasiyadan çıxmağa, öz inkişafını davam etdirməyə, istənilən şəraitdə xalqının təhlükəsizliyini təmin etməyə qadirdir. Çünki ölkəmizin Prezident İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Elə dünyanı cənginə almış, bir çox ölkəni aciz və çıxılmaz vəziyyətə salmış qlobal pandemiya olan yeni növ koronavirusun - COVID-19-un ölkəmizdə yayılmasına qarşı dövlət başçısının tapşırığı ilə operativ profilaktik və mübarizə xarakterli tədbirlərin həyata keçirilməsi də bunu söyləməyə əsas verir. Əminik ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan dövləti yuxarıda sadalanan mürəkkəb situasiyaların qarşısında sarsılmadığı və mühüm nailiyyətlərə imza atdığı kimi, istənilən fors-major situasiyadan, o cümlədən koronavirus pandemiyasının meydana gətirdiyi tarixi sınaqdan da əzmlə və minimum itkilərlə çıxacaq. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun istər qlobal təhdid olan koronavirusla mübarizə çərçivəsində, istərsə də müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır!

Siyavuş Novruzov,

YAP İcra katibinin müavini, millət vəkili

Tarix
2020.03.27 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə də etiraz edəcək: Nüvə silahı gündəmə gəlir - Video

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Ermənilər Bakıdakı bu səfirə qarşı kampaniya başlatdı

Bu nazirliyə 5 milyon ayrıldı - Sərəncam

Koronaya yoluxan məhkumlarla bağlı rəsmi açıqlama

Ordumuzun təlimi ilə bağlı yeni məlumat - Video

Deputat: Əhali təkidlə müharibə istəyir... – Video

İranın Qarabağ aktivliyi: nə baş verir? – Video

Prezidentin Ələt fərmanı: 3 əsas hədəf – Şərh

Astana sükutu: Ankara yenə təklənir - Politoloq

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla