Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
2 İyun 2020


İranlı ekspertdən sensasiya: Qonşuda nələr baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın tanınmış siyasi ekspertlərindən Mehdi Nəiminin koronavirus pandemiyasının bu ölkədəki təsiri ilə bağlı Axar.az-a müsahibəsi:

- İranda koronavirusun bu qədər geniş yayılması nəyin nəticəsidir?

- Məlumata görə, İran koronavirusun ortaya çıxdığı ilk vaxtlardan bunu bilirmiş. Amma 11 fevral İslam İnqilabının ildönümü tədbirləri və 21 fevral Məclis seçkilərinə görə məsələni gizli saxlayaraq ört-basdır ediblər. Məclis seçkilərindən qısa bir müddət sonra isə İran rejimi virusun yayıldığını rəsmi elan verdi. Hansı ki, insanların arasında virusla bağlı xəbərlər artıq yayılmaqda idi. Virus ilk olaraq Qum şəhərində aşkarlandı. Bu şəhərdə İranın dörd bir yanından mollaxanalarda dini təhsil alan tələbələr var. Onların ata-baba yurdlarına geri qayıtması ilə virus İranın bir çox bölgəsinə sıçradı. O cümlədən, Güney Azərbaycanın Xiyav şəhərindən bir çox tələbə Qumda yerləşən mollaxanada təhsil alır. Bununla da Xiyav böhran vəziyyətinə gəldi. Ordakı səlahiyyətlilər şəhəri karantinə alaraq bu böhranın qarşısını almağa çalışdılar. Xiyavın taleyini başqa şəhərlər də yaşadı. Yəni bu virus İranda da digər ölkələrdəki kimi yayılacaqdı. Ancaq yanlış siyasət nəticəsində bütün ölkəni bürüdü və qarşısıalınmaz hala gəldi.

- Mətbuatda İran həbsxanalarında vəziyyətin gərgin olduğu və məhbusların virusa yoluxma təhlükəsi ilə üz-üzə qaldığı haqda məlumatlar yayılır. Bu informasiya nə dərəcədə həqiqətə uyğundur?

- Həbsxanalardakı məhbusların az bir qismi istisna olmaqla, bir çoxu gigiyenik qaydalara riayət etmir və bu məsələlərə həssaslıq göstərmir. Ona görə də virusun həbsxanada yayılacağı halda vəziyyət gözləniləndən daha ağır ola bilər. Üstəlik, İranda standart şəraitli həbsxanalar yoxdur. Bunu nəzərə alaraq minlərlə məhbus müvəqqəti azadlığa buraxıldı, bir çoxu əfv edildi. Ancaq ağır hökmə məhkum edilənlər və siyasi məhbuslar bundan faydalana bilmədilər. Onların arasında Güney Azərbaycandan olan, başda Abbas Lisani olmaqla, çoxumuzun dəyərlisi sayılan siyasi məhbuslar da var. Hazırda koronavirus təhlükəsi onları təhdid etməkdədir.

- Virusun Azərbaycan şəhərlərində yayılma nisbəti nə qədərdir?

- Son xəbərlərə görə, ölkədə virusa yoluxan xəstələrin sayı 60 mini keçib. Toplam ölü sayı 3800 civarında, sağalanın sayı isə 20 mindir. Ancaq naməlum mənbəyə əsasən bir məsələni də xatırladım ki, Tehran valisi toplantıların birində yalnız bu əyalətdə ölənlərin sayının rəsmi statistikadan 2 dəfə çox olduğunu deyib. Yəni düşünün ki, rəsmi xəbərlərə görə ölü sayı 3800-dürsə, valinin dediyinə əsasən, təkcə Tehranda bu göstərici 6-7 mindir. Bu hesabla alınmış rəqəmi 2, yaxud 3-ə vuraraq İrandakı gerçək ölü sayını ala bilərik. Hələ bu, valinin dediyidir. Bəzi qaynaqlara görə, bunun 5-10 qatı göstərilir ki, bu rəqəmlər də gizlədilir. Əlimizdə olan rəsmi məlumata görə, Şərqi Azərbaycanda 1815 xəstə, 184 ölü; Qərbi Azərbaycanda 870 xəstə, 73 ölü, Zəncanda 637 yoluxan, 60 ölü; Ərdəbildə 515 yoluxan, 93 ölü qeydə alınıb.

- Ancaq İran koronavirusla mübarizə istiqamətində müəyyən addımlar da atır...

- Daha çox təbliğati yönündədir. Çalışırlar özlərinin çox ciddi addımlar atdığını göstərsinlər. Hansı ki, tibb bacıları virusdan ölənlər siyahısında ilk cərgədədirlər. Siyasilərin insanlara baxışı bərabər deyil. Dünyanın müxtəlif ölkələrindəki insanlara belə irqçi baxış ola bilər. Amma bizim başqa ölkələrlə işimiz yoxdur. İranda təhcizatın az olmasına baxmayaraq, əllərinə gələn qazancı İraqda və Suriyadakı adamlarına çatdırırlar. Halbuki İran daxilində böyük bir sıxıntılar var və bu ölkənin vətəndaşlığını daşıyan insanlar texnologiya, təchizat, eləcə də xəstəxanalarda avadanlığın qıtlığından dolayı həyatlarını itirirlər.

1 ay bundan öncə Yaponiyadan effektiv təsirə malik dərman gətirmişdilər. Onu xəstəxanalardan toplayıb, özlərinə yaxın olan insanların ehtiyacı üçün istifadə edirlər.

- Virusun İran iqtisadiyyatına təsiri necə olacaq?
- İran iqtisadiyyatının başı onsuz da neçə ildir dərddədir. Dünya iqtisadiyyatına qapısı yarıaçıq-yarıbağlı olduğuna görə, çox böyük təsir görməyə bilər. Çünki bu ağır zərbələri əvvəlcədən almış və zərbə altında yaşamağa davam etmişdir. Ona görə də koronavirus zərbəsi o qədər də təsir etmədi. Mənfi təsiri yoxdur demirəm. Ancaq İranın divarı palçıqdan idi, şüşədən yox. Yəni canında o qədər yaralar var ki, koronavirus da bunlardan biri olacaq. Sağlam iqtisadiyyatı olan ölkələrdə görürsünüz ki, insanların evə çəkilməsi, qapanması və bir neçə gün işə getməməsi iqtisadiyyatda necə təsirini göstərir. Elektrikin kəsilməsi belə sağlam iqtisadiyyatı olan ölkələrdə iz buraxır. Ancaq İranda belə deyil. İllər boyu İranda elektrikin, suyun, qazın verilməsində kəsintilər olub. Və pandemiyadan sonra baş verənlər də əhali tərəfindən qeyri-normal qarşılanmadı. Təbii ki, müəyyən mənfi təsir buraxacaq, amma bu, ümumi gedişata təsir etməyəcək.

Tarix
2020.04.07 / 11:43
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Nikol koronaya Moskvadan imtina üçün “yoluxub”?

Əlvida kapitalizm! - Yeni sistem yaradılır

Çinə ağır zərbə planı: böyük güclər toplanır - Şərh

Qatarların sürətini artırmaq üçün... - Prezident

Prezident: Mənə məlumat verildi ki, kreditin ümumi məbləği...

Bakı şəhər DYPİ-yə yeni rəis müavini təyin edildi

15 ölkəyə yardım edəcəyik - İlham Əliyev

Bunun öhdəsindən gələcəyik... - Prezident

Mühüm layihələr üzərində işləyirik - İlham Əliyev

Daha iki lider İlham Əliyevə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla