Yuxarı

5 ölkə Türkiyəyə qarşı birləşdi: səbəbləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
5 ölkə Türkiyəyə qarşı birləşdi: səbəbləri...

Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yunanıstan, Cənubi Kipr və Fransanın Şərqi Aralıq dənizindəki vəziyyətlə əlaqədar ortaq bəyanat yayması qeyri-qanunidir. Çünki Türkiyə və Liviya arasında imzalanmış dəniz bölgələrinin delimitasiyası anlaşmasını Liviyanın BMT tərəfindən tanınan qanuni hökuməti imzalayıb.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə və Liviya arasında imzalanmış dəniz bölgələrinin delimitasiyası anlaşmasına Misir, BƏƏ, Yunanıstan, Cənubi Kipr və Fransanın ortaq bəyanat verməsini şərh edərkən deyib.

O bildirib ki, digər ölkələrin Türkiyə və Liviya arasında imzalanmış razılaşmaya reaksiya bildirməsi Liviyanın daxili işinə qarışmaq deməkdir:

“Türkiyə və Liviya arasında imzalanmış dəniz bölgələrinin delimitasiyası anlaşması bir çox ölkənin maraqları ilə üst-üstə düşmür. Məhz bu səbəbdən Misir, BƏƏ, Yunanıstan, Cənubi Kipr və Fransa Şərqi Aralıq dənizindəki vəziyyətlə əlaqədar ortaq bəyanat yayıb. Diqqət yetirsək, görə bilərik ki, bu ölkələrin hamısı Türkiyənin regionda güclənməsini istəmir və Ankaraya qarşı münasibətləri də soyuqdur”.

Ekspert bildirib ki, bu, birbaşa Türkiyəyə qarşı atılan bir addımdır və tamamilə qanunsuzdur:

“Türkiyənin son bir neçə ildə Aralıq dənizində təbii yanacaq axtarışları və bu yöndə imzaladığı müqavilələr bu ölkələri narahat edir. Əvvəlcə onu deyim ki, Türkiyə bu yöndə ilk addımı Şimali Kipr ilə Aralıq dənizində hidrokarbon yataqlarının axtarışına dair sazişlə atmış oldu. Lakin bu kifayət deyildi. Bu mənada Türkiyə Liviya ilə daha fərqli bir müqavilə imzaladı. Bu müqavilə Aralıq dənizində su sərhədlərinin Türkiyənin xeyrinə dəyişməsinə gətirib çıxardı. O dövlətləri “narahat edən” bu səbəblərdir”.

Tarix
2020.05.13 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla