Yuxarı

“İstənilən halda ortada bir cinayət faktı var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu həbslər birbaşa korrupsiya ilə əlaqəli olsa da, arxasında siyasi motivlər durur".

Bu sözləri Türkiyədə hakimiyyət nümayəndələri, iş adamları və nazir övladlarının da olduğu mütəşəkkil qrupun zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyatların mahiyyəti haqda danışan BAXCP sədri Qüdrət Həsənquluyev "Axar.az"a dedi.

Nazirlər istefaya göndəriləcək

Millət vəkili baş verən həbslərin Ərdoğandan xəbərsiz həyata keçirildiyini və bu həbslərin prezident seçkiləri ərəfəsində AKP hakimiyyətinə sarsıdıcı zərbə olduğunu bildirdi:

"Əlbəttə, araşdırmaların nəticələrini gözləmək lazımdır. Hesab edirəm ki, korrupsiya və çirkli pulların yuyulması ilə bağlı prokurorluq və polis tərəfindən ortaya ciddi faktlar qoyulub. Türkiyənin hüquq-mühafizə orqanlarının bu işləri obyektiv araşdıracağına ümid edirəm. Türkiyə xalqı da bu məsələlərin ört-basdır edilməsinə imkan verməyəcək.

Türkiyədə korrupsiyanın səviyyəsinin yüksək olmasını hamı bilirdi. Dövlət məmurlarının korrupsiyaya bulaşması haqda da mətbuatda yazılar dərc edilirdi. Amma nədənsə bu faktlar açılmırdı. Son vaxtlar isə Fətullah Gülənlə Ərdoğan arasında yaşanan gərginlik AKP hakimiyyətinə prezident seçkiləri ərəfəsində ciddi problem oldu. Çünki Türkiyədə hüquq-mühafizə orqanlarında Gülənin tərəfdarları yüksək mövqe tuturlar və onlar lazım olan məqamda AKP hakimiyyətinə sarsıdıcı zərbə vurdular. Düzdür, bu həbslər birbaşa korrupsiya ilə əlaqəli olsa da, arxasında siyasi motivlər durur. Amma istənilən halda ortada bir cinayət var və hesab edirəm ki, cinayətlə əlaqəli olan nazirlər istefaya göndəriləcək".

Türkiyədə baş verən proseslərə seyrçi qala bilmərik

Millət vəkili həmçinin hesab edir ki, Ərdoğan hakimiyyətinin nüfuzdan düşməsində "Gəzi parkı" hadisələrinin də rolu var:

"Türkiyədə vəziyyəti çətinləşdirən odur ki, müxalif partiyaların liderləri xalq arasında o qədər də məşhur deyil. Ərdoğan isə avtokrat rejim formalaşdırıb və şəxsiyyətə pərəstiş yönündə ideoloji siyasət aparır. İstanbulda baş verən son "Gəzi parkı hadisələri" və o hadisələrdə polisin insanlarla amansız davranışı da Ərdoğanın nüfuzunun azalmasına səbəb oldu. Ərdoğan həm də Türkiyənin tarixində rolu olmuş şəxsləri silmək istəyir və Türkiyə xalqı qarşısındakı xidmətlərini daha qabarıq şəkildə nümayiş etdirir.

Düşünürəm ki, bu hadisələrdən sonra Ərdoğanın iki yolu var – ya bu həbslərə göz yumub avtoritar rejim altında ölkəni idarə etməlidir, ya da ölkədəkı demokratik proseslərə təkan verib hakimiyyətdən getməlidir.

Bizim ətrafımızdakı ölkələr nə qədər korrupsiyadan uzaq dursa, o qədər Azərbaycanın xeyrinədir. Türkiyə də bizə qardaş ölkədir və biz orda baş verən hadisələrə seyrçi qala bilmərik - baxmayaraq ki, Türkiyə müstəqil ölkədir. Məni də korrupsiyaya qarşı Türkiyədə aparılan mübarizə sevindirməyə bilməz".

Tarix
2013.12.20 / 16:39
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla