Yuxarı

Hərbçilərimiz arasında yarış: onlar birinci oldu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilərimiz arasında yarış: onlar birinci oldu - Video

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib. Birinciliyin qalibi Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları olub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədi ilə keçirilən birincilikdə 15 komandadan 220 idmançı mübarizə aparıb.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə atlet və gimnastlar turnikdə dartınma və aşaraq dayağa qalxma, paralelqollarda dayaq vəziyyətində qolların bükülüb açılması, uzunluğa və hündürlüyə tullanma, 100 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı yarışlarında özlərini sınayıblar.

Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb.

Birinciliyin nəticələrinə əsasən ilk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.

Tarix
2020.06.05 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla