Yuxarı

Türkiyəni hədələməklə bu ölkə böyük risk edir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:00

Yunanıstan və Türkiyə münasibətlərinin yenidən gərginləşməsi arzuolunan deyil. Xüsusilə də rəsmi Afina üçün bu, fəlakətə səbəb ola bilər. Çünki Türkiyə son 10 ildə dediyi hər şeyi etməyi bacarıb. Afinanın Ankaranı hədələməsi isə boş təhdiddən başqa bir şey deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli son günlər Yunanıstan və Türkiyə münasibətlərinin yenidən gərginləşməsini şərh edərkən deyib. O bildirib ki, mövcud vəziyyətdə iki NATO ölkəsinin üz-üzə gəlməsi istər alyans, istərsə də region üçün müsbət heç nə vəd etmir:

“Xüsusilə Yunanıstanın son illərdə Türkiyəyə qarşı sərt mövqeyi və ünvanlı mesajları tərəflər arasında gərginliyi artırmaqdan başqa bir işə yaramır. Türkiyə də Yunanıstanın hədələrini cavabsız qoymur. Bir müddət öncə Yunanıstanın Müdafiə naziri ölkənin maraqları naminə lazım gələrsə, Türkiyə ilə müharibəyə hazır olduqlarını söyləmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunan nazirin təhdidlərinə cavab olaraq “Yunanıstan həddini bilməsə, Türkiyənin nə edəcəyi bəllidir” cavabını verdi. Tərəflərin bir-birinə qarşı bu cür sərt hədələr səsləndirməsi region üçün heç də arzuolunan mənzərə deyil”.

Q.Hüseynlinin sözlərinə görə, Aya Sofyanın yenidən məscid kimi fəaliyyətə başlaması xəbəri yunanların hiddətinə səbəb olub:

“Yunanıstan və Türkiyə tarix boyu ulduzları barışmayan iki ölkədir. Tərəflər arasında ötən əsrdə irili-xırdalı bir neçə müharibə və münaqişə olub. Son 5 il ərzində isə tərəflərin münasibətlərinin yenidən gərginləşməsi müşahidə olunur. Xüsusilə Türkiyənin regionda güclənməsi, Suriya, Liviya və İraqda uğurlu hərbi əməliyyatlar aparması yunan tərəfini narahat edən amillərdəndir. Rəsmi Afina Türkiyənin bir gün 12 ada məsələsini gündəmə gətirməsindən ehtiyat edir. Məhz bu narahatlıq Türkiyənin atdığı hər addımda yunan tərəfinin əks mövqedə durmasına gətirib çıxarıb. Türkiyənin Aralıq dənizində hidrokarbon yataqları axtarışı və bu məsələdə Şimali Kipr və Liviya ilə uğurlu razılaşma əldə etməsi Yunanıstanın maraqlarına ziddir. Məsələ ilə bağlı rəsmi Afinanın Türkiyə ilə diplomatik danışıqlara başlamaq yerinə müharibə ilə hədələməsi isə münasibətləri daha da kəskinləşdirib. Bu gün faktiki olaraq iki ölkə arasında müharibə təbili çalınır. Bununla belə, iki NATO ölkəsinin müharibə etməsi nə regionun, nə də böyük güclərin maraqlarına uyğundur. Düşünürəm, tərəflər problemi danışıqlar yolu ilə həll edəcəklər. Rəsmi Afinanın isə Türkiyənin ünvanına səsləndirdiyi sərt siyasi mesajları səngiməlidir. Çünki Türkiyə ötən əsrdəki kimi deyil və iki ölkə arasında ehtimal bir müharibə Yunanıstan üçün daha təhlükəlidir”.

Tarix
2020.06.10 / 10:39
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Avstriya Bakı-İrəvan razılaşmasını alqışlayır

Bakının Konstitusiya dəyişikliyi tələbi… - Paşinyan

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

Prezident Bakıda mühüm forumda iştirak etdi - Foto

XİN-dən sülh sazişi ilə bağlı bəyanat...

İlham Əliyev Rebeka Qrinspanı qəbul etdi

Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

İlham Əliyev Birola “Dostluq” ordenini təqdim etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla